SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Mağazadan uşağa meyvə şirəsi aldı, içindən elə şey çıxdı ki… –FOTO+ VİDEO

Mağazadan uşağa meyvə şirəsi aldı, içindən elə şey çıxdı ki… –FOTO+ VİDEO

Tarix:

18-09-2017, 11:36

/ 38 672 dəfə oxundu.
Mağazadan uşağa meyvə şirəsi aldı, içindən elə şey çıxdı ki… –FOTO+ VİDEO

Salyan sakini dükandan bir meyvə şirəsi alıb evə gətirib. Şirənin qabını açdıqda içindən bilinməyən tullantılar çıxıb. Ailə başçısı deyir ki, yaxşı ki, şirəni birbaşa uşağa içizdirməyiblər. Yoxsa zəhərlənmə ola bilərdi.

Məlumata görə, hadisə Salyan rayon Aşağı Noxudlu kənd sakini Ramil Fərzəliyevin başına gəlib. O, bir neçə gün öncə kənddəki dükanların birindən azyaşlı övladı üçün 200 qramlıq qabda olan meyvə şirəsi alıb. Evdə uşağa şirəni içirməzdən əvvəl Ramil Fərzəliyevin həyat yoldaşı onu yoxladıqda məlum olub ki, şirənin dadi və rəngi tam fəqlidir.

Bu azmış kimi şirənin qabının içindən mənşəyi məlum olmayan tullantı da çıxıb. Meyvə şirəsinin qabına baxdıqda istifadə müddəti hələ bitməyib. Ailə başçısı deyir ki, yaxşı ki, şirəni bir başa uşağa içizdirməyiblər. Yoxsa zəhərlənmə ola bilərdi. Şirənin içindən çıxan isə heyvanın daxili orqanlarından bir parçaya oxşayır. Amma nə olduğu dəqiq bilinmir.

Məsələ ilə bağlı Ramil Fərzəliyev şirəni aldığı dükana gedərək öz narazılığın bildirib. Lakin ordan deyiblər ki, məsuliyyəti istehsalçı şirkət daşıyır. Valideyin iddia edir ki, istehsalçı şirkətlə danışıb onlara mövcud faktı bildirib. Lakin istehsalçı şirkətdən əvvəl məsələnin araşdırılacağına söz verilsə də, sonradan onun zənglərinə cavab verən tapılmayıb.

Mağazadan uşağa meyvə şirəsi aldı, içindən elə şey çıxdı ki… –FOTO+ VİDEO

Şərhlər

XƏBƏR LENTİ