SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycanda qadınlar, yoxsa kişilər internetdən daha çox istifadə edir?

Azərbaycanda qadınlar, yoxsa kişilər internetdən daha çox istifadə edir?

Tarix:

6-09-2017, 10:24

/ 57 061 dəfə oxundu.
Azərbaycanda qadınlar, yoxsa kişilər internetdən daha çox istifadə edir?

Azərbaycanda internetdən istifadə edənlər daha çox kişilərdir.

Məlumata görə, ölkədə internetdən istifadə edənlərin sayı son illər ərzində sürətlə artıb. 2008-ci ildə Azərbaycanda əhalinin 17,2 faizi internetdən istifadə etdiyi halda, 2012-ci ildə əhalinin 70, 2013-cü ildə 73, 2014-cü ildə 75, 2015-ci ildə 77, 2016-cı ildə 78 faizi internetdən istifadə edib.

Azərbaycanda bütün illər ərzində internetdən istifadə edən kişilərin sayı qadınları üstələyib. 2008-ci illə müqayisədə 2016-cı ildə ölkədə internetdən istifadə edən kişilərin sayının təxminən 4, qadınların sayının isə onlardan daha çox - 6 dəfə artmasına baxmayaraq, keçən il ərzində də internetdən istifadə edən qadınların sayı kişiləri üstələyə bilməyib.

Ümumilikdə, 2008-ci ildə kişilərin 21,6, qadınların 12,6 faizi, 2009-cu ildə kişilərin 32, qadınların 23 faizi, 2010-cu ildə kişilərin 55,6, qadınların 36,5 faizi, 2011-ci ildə kişilərin 75,8, qadınların 55,9 faizi, 2012-ci ildə kişilərin 78,1, qadınların 62,2 faizi, 2013-cü ildə kişilərin 78,8, qadınların 67,2 faizi, 2014-cü ildə kişilərin 78,9, qadınların 71,2 faizi, 2015-ci ildə kişilərin 78, qadınların 72 faizi, 2016-cı ildə kişilərin 79,9, qadınların 76,1 faizi internetdən istifadə edib.

Şərhlər

XƏBƏR LENTİ