Ağdaşda məmur oğlunun törətdiyi qəzanın - TƏFƏRRÜATI
Ağdaş rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əsgərxan Həsənovun oğlu ağır qəza törədib.
Ə.Həsənovun oğlu İlqar Həsənovun idarə etdiyi maşın 5 nömrəli məktəbin həyətinə girib.
Məsələ ilə bağlı məlumat verən məktəbin direktoru İradə Məmmədova bildirib ki, hadisə gecə saatlarında baş verdiyindən xəsarət alan olmayıb.
"Hadisə avqustun 27-si gecə saat 1-2 radələrində baş verib. Məktəbin binasına ziyan dəyməyib. Sadəcə, hasarın küncündə işıq dirəyinə çırpılan maşın onu yerə aşırıb. Hasarın künc divarını uçurub. Hadisə yerinə baxış keçirilib. İşıq dirəyi bərpa edilib, yəqin ki, məktəbin hasarı ilə bağlı da tədbir görüləcək".
İ.Məmmədova hadisə baş verən zaman gözətçinin məktəbdə olduğunu deyib:
"Gözətçi zərbə səsinə çölə çıxıb, bir maşının hasara çırpıldığını görüb. Maşının məktəbin binasına daxil olmasına az məsafə qalıb. Məktəbimiz yol kənarındadır, amma, yəqin ki, sürət həddi yüksək olub. Çünki bizim məktəbdən başqa yaxınlıqdakı ərzaq mağazasının həyətdəki soyuducusuna da zərər vurub. Dərhal hadisə yerinə sürücünün qohumları gəlib. Sürücünün 23-24 yaşı olar, içkili olduğu deyilir. Çünki o sürətlə normal insan maşın idarə etməz".
publika.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...