Azərbaycanda nikahdankənar doğulan körpələrin sayı açıqlandı
Ötən il nikahdan kənar doğulan uşaqların sayı 26288 olub.
Məlumata görə, doğulan uşaqların əksəriyyətinin ailəsi mövcuddur. Yəni əsas problem odur ki, valideynlər rəsmi nikaha barmağarası baxır.
Ancaq daha da narahatedici məqam bundan ibarətdir ki, nikahdan kənar doğulan uşaqların bir sıra hüquqi problemlərinin yaranması labüddür.
Bu problemlərin başında isə aliment məsələsi gəlir. Belə ki, uşaq nikahdan kənar doğulanda və sonra bu ailə dağılanda aliment təyin edilməsində ciddi problemlər yaşanır.
Nikahdan kənar doğulan uşaqlarla bağlı daha bir problem isə uşaqların xaricə çıxması anında onların ölkədən getməsinə valideynlərin mümkün etirazıdır. Çünki, valideynlərdən birinin etirazı olarsa 18 yaşına qədər uşaqlar ölkəni tərk edə bilməz.
Onu da qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin ölkə üzrə bütün din xadimlərinə göstərişi var ki, rəsmi nikah olmadan kəbin kəsilməsin. Ancaq görünən odur ki, ya din xadimləri bu qaydaya əməl etmirlər, ya da bu nikahdankənar cütlüklərin heç dini kəbini də yoxdur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO