Qalmaqallı şirkət direktoruna 11 il həbs verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Əzizbəy-KM" MTK-nın direktoru Abbas Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə A.Hacıyev 11 il müddətinə azadlıqdan məhrum edilib.
A.Hacıyev bir mənzili bir neçə şəxsə satmaqda ittiham edilir.
Qeyd edək ki, şirkətin A.Hacıyevdən əvvəlki rəhbər şəxsləri də eyni ittihamla həbs edilib. Belə ki, 2014-cü ildə MMC-nin təsisçisi Fuad Mirzəyevlə qurumun direktoru Akif Bağırov inşa edilmiş yaşayış binasındakı 18 mənzili və 2 qeyri-yaşayış sahəsini aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satdıqları üçün həbs edilmişdilər.
Onlar ümumilikdə 1 milyon 43 min 584 manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirli bilinərək məhkəmənin hökmü ilə hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur