“Hər 3 əlildən biri qohum nikahlarından doğulur” – Həkimdən SENSASİON AÇIQLAMA
Azərbaycanda qohum evliliyi qanunla qadağa oluna bilər. Artıq bununla bağlı ictimai müzakirələr başlayıb. Müzakirələrin ümumi yekunu budur ki, əmi, xala uşaqları arasında evlilik qadağan olunsun. Çünki yaxın qohumla evlilik doğulacaq uşaqların səhətində ciddi fəsadlar yaradır.
Nəzərə alaq ki, dünyanın bir sıra ölkələrində anoloji qərarlar qəbul edilib. Məsələn, 3-4-cü dərəcəli qohumlar arasında evlilik bir sıra Avropa, Cənub-Şərqi Asiya ölkələrində, Çində, Vyetnamda, ABŞ-ın 24 ştatında və s. ölkələrdə qadağan olunub.
Artıq məsələ Milli Məclisdə də müzakirə obyekti olub.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim Abbas Bağırov bildirdi ki, yaradılışda bu hal mövcuddur ki, digər canlılarda erkək və dişi fərdlərin cinsi təmasından törəyən döldə genetik xəstəliklər aşkar olunmadığı halda, məhz insanların qohum evlilikləri zamanı xromosomlar və onların genlərində baş verən dəyişikliklər xəstəliklərin yaranmasına səbəb olur:
“Azərbaycanda 15-dək irsi xəstəlik qeyd alınıb. Təəssüf ki, bunların böyük hissəsinə qohum evliliklərindən dünyaya gələn şəxslərdə rast gəlinir. O cümlədən, əlillərin və fiziki qüsurluların 1/3-i məhz qohum nikahlarından doğulanlardır.
Genetik xəstəliklərə qohum evlilikləri nəticəsində daha çox rast gəlindiyi statistik göstəricilərlə təsdiq olunub. Bətndaxili və yaxud doğuşdan sonra baş verən ölüm hallarının 25%-nə qohum evlilikləri zamanı təsadüf olunur, 10% hallarda isə tamamilə uşaq olmur.
Qohum nikahları zamanı cütlüklərin hər ikisi eyni kökdən olduğu üçün qüsurlu genlərin birləşmə ehtimalı daha yüksəkdir. Qüsurlu genlər birləşərkən körpə dünyaya qüsurlu gəlir, qan xəstəlikləri-talassemiya, hemofiliya, dayaq hərəkət sistemi xəstəliklərinin, nevroloji xəstəliklərin, əqli inkişaf geriliyinin formalaşma ehtimalı yüksəlir. Ana bətnində dölün ölməsi, hamiləliyin erkən bitməsi, ürək qüsurları, uşaqların cılız doğulması hallarına da ən çox qohum nikahlarında rast gəlinir”.
Abbas Bağırov onu da qeyd edib ki, respublikamızada uşağı xəstə doğulan valideynlərin Ailə Planşladırması Mərkəzinə müraciətləri artmaqdadır:
“Qohum nikahlardan dünyaya gələnlərin 10%-ə qədərində ata tərəfindən ötürülən irsi xəstəliklər əsas rol oynayır. Qohum evliliyi istəyən cütlüklər bilməlidirlər ki, bu cür evlilikdən yaranan xəstəliklərin çoxu tam müalicə oluna bilmir. Onlardan dünyaya gələcək uşaqların sağlamlıqları və yaşamaq ehtimalı aşağı olacaq, daimi həkim nəzarətində dərmanlardan asılı vəziyyətdə qalacaqlar. Nəticədə valideynlər həmişə maddi, fiziki və mənəvi problemlər içərisində qalırlar. Qohum nikahların ən çox verdiyi fəsadlardan biri də sonsuzluqdur”.
Bizim.Media

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?