Aysmed klinikasının zəfər güşəsi
Nəsillər dəyişəcək, zaman çarxı ayları, illəri, əsirləri adlayacaq amma 44 günlük zəfər tarixinin dillərə dastan olan qəhrəmanlıq hekayələrinin tərənnümü heç bitməyəcək. Böyük tarixi qələbəmizi yaddaşlara yazan daha bir addım Aysmed Klinikasının rəhbəri Aydın Soltanlı tərəfindən atıldı. Baş həkim gənc rəssamlardan birinə bir əsər sifariş edib. Sifarişə əsasən əsər şəhidlərin heç vaxt yaddaşlardan silinməyən işıqlı xatirəsini özündə ehtiva etməliydi, eyni zamanda 44 günlük müharibənin ümumi mənzərəsini yaratmalıydı. Uzun müzakirələr aparılıb. Aylarla üzərində işlənən əsər nəhəyət ki, ərsəyə gəldi. Rəssamın yaradıcı təxəyyülü və peşəkarlığı sayəsində təkrarsız bir müharibə tablosu yarandı. Təbii ki, müharibənin qəhrəmanları əsərdə öz yerini tutmalıydı. Rəssam bu rəsm nümunəsində şəhidlərimizi üç qəhrəmanın simasında təsfir edib. Mübariz İbrahimov, Əliyar Əliyev və Pəncəli Teymurov şəhidlik zirvəsinin simvolu olaraq seçilib. Aydın Soltanlı xəyalında tutduğu, arzusunda olduğu əsəri meydana gətirən rəssamın peşəkarlığını yüksək qiymətləndirdi və bu əsərin zəfər tariximizin təbliği istiqamətində beynalxalq sərgilərə çıxaracaqlarını söylədi. Hələlik tablo Aysmed klinikasının qəhrəmanlıq güşəsini bəzəyir. 






Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO