Prezident Akif Cabbarlını təltif edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tanınmış jurnalist Akif Cabbarlını təltif edib.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Akif Cabbarlı "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalına layiq görülüb.Akif Cabbarlı 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Həmin ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində yaradıcılıq fəaliyyətinə başlayıb.
Sonralar bir müddət “Komminist” (“Xalq qəzeti)” və “Azərbaycan” qəzetində çalışıb. 2011-ci ildən yenidən AzTV-də işləyib. Daha sonra jurnalist kimi əmək fəaliyyətini İctimai Televizyada davam etdirib.
Hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqının redaktorudur.
Publisistik yazılar, hekayə və ssenarilər, səfər təəssüratlarını əhatə edən 6 kitabın müəllifidir.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO