SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Kamal Abdullanın ADU-da müdhiş payız planı: Rektor “suları duruldur”

Kamal Abdullanın ADU-da müdhiş payız planı: Rektor “suları duruldur”

Tarix:

26-07-2017, 10:21

/ 60 290 dəfə oxundu.
Kamal Abdullanın ADU-da müdhiş payız planı: Rektor “suları duruldur”

Azərbaycan Dillər Universitetində “sular durulub”; Kamal Abdullanın PA-dakı vəzifəsindən azad edilərək bu ali məktəbə rektor təyinatı sükuta səbəb oldu...
Bu barədə daxil olan məlumata görə, K.Abdullanın gəlişinə qədər universitetdə dövlət imtahanı ilə əlaqədar etirazların başlanması təsadüfi deyilmiş.
Həmin aksiyadan sonra rektor Əfqan Abdullayev işini itirdi və K.Abdulla tələbələrin xeyrinə qərar qəbul etdi. Hazırda dərslərin və imtahanların bitdiyi ADU-da tam sabitlikdir.
Yeni tədris ilindən isə K.Abdulla öz siyasətini tətbiq etməyə başlayacaq. Onun ən böyük arzusu isə Bakı Slavyan Universitetinin ADU-ya birləşdirilməsinə nail olmaqdır.
Rektorun payızdan bu struktur islahatına müvəffəq olmaq üçün yuxarılarla danışıqlar aparmağa başlayacağı iddia edilir.
BSU rektoru Nurlana Əliyeva ilə münasibətləri ürəkaçan olmayan ADU rektoru K.Abdullanın onu bu şəkildə məğlub etmək istədiyi vurğulanır.
Bu universitetlərin birləşdirilməsi fonunda böyük bir universitetin yaradılması isə Azərbaycan təhsil sistemində əhəmiyyətli dəyişikliklərə gətirib çıxaracaq. Çünki böyük universitetlərin imkanları da böyük olur.
Xüsusilə də mahiyyətcə bir-birinə yaxın olan bu iki universitetin vahid sistem halında inkişafına ehtiyac var.
Nəzərə alsaq ki, Kamal Abdulla BSU-nun qurulması və inkişafının əsas simasıdır və bu universiteti çox yaxşı tanıyır, onda bu birləşmənin çox uğurla gedəcəyini də indidən təxmin etmək mümkündür.
Daxil olan məlumata görə, K.Abdulla ilə N.Əliyevanın qalmaqalı Multukultralizm Mərkəzindən başlanır.
Tərəflərin bir-biri ilə münasibətinin soyuq olduğu və danışmadığı deyilir. ADU rektoru isə vaxtilə rektoru olduğu BSU-nu da öz “imperiyası”na qatmaq iddiasındadır.
Amma təbii ki, bu məsələ prezidentin səlahiyyətindədir. Sadəcə, ali məktəblərin birləşdirilməsi, lisenziyaların ləğvi prosesi davam etməkdədir.
Deputat Asim Mollazadə də bu iki universitetin birləşməsi ideyasını dəstəkləmişdi. Son günlər sosial şəbəkələrdə Bakı Slavyan Universitetinin (BSU) ləğv edilərək Dövlət Dillər Universitetinə (DDU) birləşdirilməsi barədə məlumatlar yayılır.
Bu informasiya ali təhsil müəssilərinin kollektivlərində də geniş əks-səda doğurub. Əvvəllər də bu iki universitet bir yerdə fəaliyyət göstərirdi və bunun mənfi fəsadları müşahidə edilməmişdi.
Təhsil müəssisələrinin birləşdirilməsi məsələsini təhsil naziri Mikayıl Cabbarov da çıxışlarında istisna etməyib. İmkanların bir yerə toplanması, vahid strategiya ilə eyni istiqamətə yönəldilməsi baxımından bu birləşmə xeyirli olacaq.
Əvvəla, iki universitetin birləşdirilməsi ölkə başçısı və nazirlik səviyyəsində olan məsələdir. Düzdür, Sovet dövründə təhsilin idarə edilməsində sistem tamam başqa cür qurulmuşdu.
Bəlkə də zamanla bəzi universitetlərin ayrı-ayrı fəaliyyət göstərməsinə ehtiyac olduğundan bu universitetlər də parçalandı. İndi isə bu universitetlərin birləşdirilməsindən danışarkən, öncə, konseptual baxımından fəlsəfəsinə baxmaq lazımdır.
Böyük universitetlərin faydalı tərəfləri çoxdur. O baxımdan ki, iqtisadi səmərəliliyi yaxşıdır. Eyni zamanda, bakalavr, magistr pilləsində təhsil vermək olur. Magistr pilləsində bəzən elə olur ki, professor 5-10 magistr tələbəyə dərs keçir.
Bu, qüsurlu haldır. Əgər professor həqiqətən də elmi dərəcəsi yüksək səviyyədə olan professordursa, onun dediyi sözü 10 nəfər yox, 50 nəfər eşitsə yaxşıdır.

Ulus.Az

Şərhlər

XƏBƏR LENTİ