XalqXəbər.Az

İlham Əliyev moldovalı həmkarını təbrik etdi

İlham Əliyev moldovalı həmkarını təbrik etdi
26-08-2017, 15:45

Azərbaycan prezidenti İlham Əliyev Moldovanın milli bayramı - Müstəqillik Günü münasibətilə prezident İqor Dodona təbrik məktubu göndərib.

Məlumata görə, məktubda deyilir:

“Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Moldova arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Moldova xalqına sülh və rifah diləyirəm”.скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.