"Mənzurə hörmətsizlik etdi" - Elgiz müğənnini "qara siyahı"ya saldı

Əməkdar artist Rühəngiz Allahverdiyeva "Elgizlə izlə" verilişinə gələrək, düzəltdiyi güzgüləri 300 manat dəyərində satışa çıxarıb. Müğənni Mənzurə Musayeva güzgülərin birini almaq niyyəti ilə proqramın canlı efirinə zəng edib. Güzgünün 300 manat olduğunu bilən Musayeva dəstəyi asıb və telefonu söndürüb.
Verilişin aparıcısı Elgiz Əkbər Mənzurənin bu hərəkətindən qəzəblənərək, onu sərt şəkildə tənqid edib: “Mənzurə çox zəngin qadındır. Özü bu verilişdə olanda söyləyib. Yenə də özünə qismət olsun. Bir az da bol olsun. Heç olmasa, yalandan da olsa deyərdin ki, “rayondan toydan gəlim alaram o güzgünü”. Mən sənə zorla güzgü satası deyiləm".
Elgiz Mənzurənin bu davranışına görə ondan incidiyini və müğənnini bağışlamayacağını açıqlayıb: “Amma Mənzurə bu gün çox böyük hörmətsizlik elədi. Mən ona bu hörmətsizliyi bağışlamayacağam. Mənzurə, səni bu gündən yazdım "qara siyahıma". Sən sən ol, mən də mən. Mən çox ciddiyəm. 300 manat nə olan şeydir? Dünyanın malı dünyada qalır. 7 yetimlə bir dərədə qalmamısan. Mən bir insan kimi sənin bu hərəkətindən çox qırıldım". XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır