Məşhur amerikalı müğənni və ictimai xadim Harri Belafonte vəfat edib
Məşhur amerikalı müğənni, aktyor və ictimai xadim Harri Belafonte vəfat edib. Onun ölümünə səbəb ürək çatışmazlığı olub. Musiqiçi 96 yaşında Nyu Yorkdakı evində ölüb.
Hindistandan olan mühacir ailəsində anadan olan Belafonte 1950-ci illərdə ABŞ-da irqi ayrı-seçkiliyin hələ də geniş yayıldığı vaxtlarda şou-biznesin zirvəsinə yüksəlib və bu, tarixi hadisəyə çevrilib. Belafontenin “Day-O” (The Banana Boat Song) və “Jamaica Farewell” kimi hitlərinin daxil olduğu “Calypso” albomu 1956-cı ildə buraxıldıqdan qısa müddət sonra “Billboard” çartının lideri olub və 31 həftə orada qalıb. “Calypso” həmçinin, bir milyondan çox nüsxə satılan ilk albom olub.
Belafonte həm də görkəmli ictimai xadim idi. 1960-cı illərdə o, Amerika Birləşmiş Ştatlarında və dünyada “rəngli insanlar” üçün vətəndaş hüquqları hərəkatını dəstəkləyib.
Mənbə: lenta.ru

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır