SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » "Alimpaşaya yeyib-içib, yallı getmək olar, amma Vüqarın yasına getmək olmaz" - Tolik

"Alimpaşaya yeyib-içib, yallı getmək olar, amma Vüqarın yasına getmək olmaz" - Tolik

Tarix:

31-08-2020, 13:49

/ 1 530 dəfə oxundu.
"Alimpaşaya yeyib-içib, yallı getmək olar, amma Vüqarın yasına getmək olmaz" - Tolik

Tanınmış teleaparıcı, prodüser Tarix Əliyev (Tolik) Şəmkir Rayon icra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun karantin qaydalarını pozmasına etiraz edib.

Prodüser icra başçısının cərimələnməsini tələb edib:

“O gün Vüqar Biləcərinin yasına gedən cavanların hamısını 3-4 saat ərzində tapdılar. Amma içi mən qarışıq bütün səhifələr Şəmkirin İcra başçısının yeyib-içməyini paylaşırıq, hələ bir xəbər yoxdur. Deməli, bu Alimpaşaya yeyib-içmək olar, Türkiyədən gələn qardaşlarımızla yallı gedib, sağlıq demək olar? Mən başa düşürəm ki, qanun qanundur, yasa da getmək olmazdı. Amma o yasa gedənlərin də imkanı məncə azdır. Birinci Alimpaşanı tutub 400 manat cərimələyərdilər, sonra bunlara keçərdilər. Hərdən deyirəm danışmayım, amma danışmayanda da olmur”.

Qeyd edək ki, İcra başçısı rayonda yerləşən "Qəsr" restoranında türk iş adamlarına ziyafət məclisi təşkil edib. Məclisdə icra başçısı qonaqlarla içki içib, əylənib.(yenisabah)

Şərhlər

XƏBƏR LENTİ