Daha bir aparıcı “Xəzər”dən kənarlaşdırıldı
Xalq artisti Murad Dadaşovun rəhbərlik etdiyi Xəzər TV-nin yeni sezonunda dəyişiklik baş verib. Belə ki, bir neçə gün əvvəl Zaur Kamal, Tarix Əliyev (Tolik), Ağakərim Əbülfəzoğlunun kanalın efirindən uzaqlaşdırılması, Xəzər Media Mərkəzinin nəzdindən yayımlana Dalğa TV-də tamaşaçı qarşısına çıxacağı barədə məlumat yayılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, siyahıya “Evdəkilərə salam” verilişinin aparıcısı Aytəkin Mərdanova daxil edilib. O da həmkarları kimi digər kanala transfer olunub.
Bundan əlavə, mart ayından İTV ilə yollarını ayıran Leyla Quliyevanın Xəzər TV-də tutduğu vəzifə də məlum olub. Tanınmış sima kanalda kreativ şöbəyə rəhbər gətirilib.
Həmçinin kanala növbəti sezonda yeni simalar da cəlb olunub. ATV-nin siması olan aktyor-aparıcı İslam Mehrəliyev “Xəzər”də tamaşaçı qarşısına çıxacaq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...