SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Rozadan gözlənilməz MÜQAYİSƏ — Mənə Azərbaycanın Kim Kardaşyanı deyirlər

Rozadan gözlənilməz MÜQAYİSƏ — Mənə Azərbaycanın Kim Kardaşyanı deyirlər

Tarix:

21-08-2019, 13:11

/ 1 204 dəfə oxundu.
Rozadan gözlənilməz MÜQAYİSƏ — Mənə Azərbaycanın Kim Kardaşyanı deyirlər

Müğənni Roza Zərgərli maraqlı açıqlaması ilə diqqət çəkib.
Sənətçi illərdir omba sümüyü xəstəliyindən əziyyət çəkdiyini bildirib:
“Liposaksiya etdirmişəm. Neçə ildir omba sümüyü xəstəliyindən əziyyət çəkirəm. Yeriməyimdə problem yaradırdı. Canım çox ağrıyır. Əməliyyat etdirdim ki, çəkim azalsın. Omba nahiyəsindəki sümüyə düşən ağırlıq azalmalı idi. Həm də pəhriz saxlayıram. Ona görə də formam qabarıq görünür. Bu da vecimə deyil”.
Roza sosial şəbəkədə onu erməni əsilli dünya ulduzu Kim Kardaşyana bənzədənlərə əsəbiləşib:
“Mənə Azərbaycanın Kim Kardaşyanı deyirlər. Ayıb olsun, mənim qədər vətənpərvər yoxdur. Bütün dövlət tədbirlərində iştirak edirəm. Məni o erməniyə bənzədirlər. Bunu da sifarişlə yazdırırlar. Dünən ortaya çıxan sıçovullar etdirir. Deyirlər, ay it, kimi tutarsan, deyir, çörək verəni”.

Şərhlər

XƏBƏR LENTİ