Təranə Qumralın əmlakına həbs qoyula bilər
“Nərimanov rayon icra şöbəsi 4 aydır hüquqlarını müdafiə etdiyim müğənni Nazənin və həyat yoldaşı Məhəbbət Həsənovun Təranə Qumral adlı müğənniyə qarşı mənəvi təzminatın ödənilməsinə dair (3500 manat mənəvi təzminatın ödənilməsi və Təranə Qumralın hüquqlarını müdafiə etdiyim şəxslərdən üzr istəməsi) məhkəmə qətnaməsini icra etmir. Təranə Qumral dövlətin adından çıxarılmış qətnaməni icra etməkdən qərəzli olaraq boyun qaçırır”.
Məlumata görə, bunu müğənni Nazəninin vəkili Adəm Məmmədov bildirib.
“Təranə Qumral bu günlərdə kilosu 720 manat dəyərində alça aldığını mətbuata açıqlayıb. Əgər borclu Təranə Qumral belə maddi imkanı ola-ola pulu ödəmirsə, onun əməlində həm inzibati, həm də cinayət məsuliyyəti var. Nərimanov rayon icra məmurları Təranə Qumralın əmlaklarına həbs qoymaqla tələbin ödənilməsini təmin edə bilərlər”, - deyə o vurğulayıb.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb