Təranə Qumralın əmlakına həbs qoyula bilər

Məlumata görə, bunu müğənni Nazəninin vəkili Adəm Məmmədov bildirib.
“Təranə Qumral bu günlərdə kilosu 720 manat dəyərində alça aldığını mətbuata açıqlayıb. Əgər borclu Təranə Qumral belə maddi imkanı ola-ola pulu ödəmirsə, onun əməlində həm inzibati, həm də cinayət məsuliyyəti var. Nərimanov rayon icra məmurları Təranə Qumralın əmlaklarına həbs qoymaqla tələbin ödənilməsini təmin edə bilərlər”, - deyə o vurğulayıb.