"Məhkəməyə vermək onun yanında yalan olacaq!" - Mətanət qadağa xəbərindən DANIŞDI
Xəbər verdiyimiz kimi, müğənni Mətanət Əsədovanın ölkədən çıxışına qadağa qoyulub. Bildirilir ki, qoyulan qadağanın səbəbi sənətçinin avtomobil üçün bankdan götürdüyü kredit borcudur.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən müğənni bildirib ki, bu məlumatları yayanlarla bağlı sərt tədbir görüləcək:
"Kimin ürəyi nə istəyir yazsın. Mən danışsam pis olacaq. Hərə başını aşağı salıb öz işi ilə məşğul olsun. Sənətim xalqa məxsusdur, göz qabağındadır. Bundan yaza bilirlər yazsınlar. Digər işlər mənə aiddir. Bu haqda danışmağa heç kəsin ixtiyarı yoxdur. Özüm bilərəm neyniyirəm. Bəsdirin artıq! Bu məlumatı mətbuata kim ötürübsə görəcəksiz mən onu nə edəcəm. Həmin adama elə toy tutacam ki, məhkəməyə vermək onun yanında yalan olacaq!"

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...