SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » "Kənanı gözəl qızlarla görəndə, sevinirəm" - Aygün

"Kənanı gözəl qızlarla görəndə, sevinirəm" - Aygün

Tarix:

7-05-2019, 16:20

/ 1 371 dəfə oxundu.
"Kənanı gözəl qızlarla görəndə, sevinirəm" - Aygün

"Heç vaxt aramızda qısqanclıq olmur. Ümumiyyətlə, qısqanclıq zəif hissdir"

Bu sözləri müğənni Aygün Mahmudova "Show news" verilişinə açıqlamasında deyib. Sənətçi rejissor həyat yoldaşı Kənan M.M.-lə bağlı sualları cavablandırıb. Aygün bildirib ki, Kənanı qısqanmır.

Mahmudova "Kənanı tez-tez gözəl xanımlarla görüntüləyirlər. Qısqanmırsınız" sualına belə cavab verib:

"Mənim üçün xoşdur. Sevinirəm... Həm xanım, həm də kişi dostlar əldə edir. Mənim də ətrafımda elə yaxşı dostlarım var ki... Kənan da qısqansın, desin oxuma? Gülməli vəziyyətdir.

Kənan yazıq deyirdi, müğənni ilə evlənmərəm. Hələ də şərhlərdə o sözləri yazırlar. Yəqin elə şeylər görüb ki, deyib də. Mən də yenicə oxumağa başlayırdım, evləndim. Müəllim, həkim - dəxli yoxdur. Elə şeylər var ki, eşidirik, yazıq müğənnilərin adları çıxıb".

Aygün oğluna müğənni qız almamaq məsələsinə də münasibət bildirib:

"And içirəm ki, alaram. Özüm kimi ailəsinə, evinə bağlı olsun. Həm ev işi görsün, həm oxusun. Elə gözəl gəlin olsa, məmnuniyyətlə. Səsi olsun, ona sənətdə özüm kömək edərəm".

Şərhlər

XƏBƏR LENTİ