SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » "Başqa şeyə görə maşın alıb, sənətə bağlamasın"

"Başqa şeyə görə maşın alıb, sənətə bağlamasın"

Tarix:

4-04-2019, 13:45

/ 1 311 dəfə oxundu.
"Başqa şeyə görə maşın alıb, sənətə bağlamasın"

"İnanmıram ki, sənətə görə maşın versinlər. 1987-ci ildən sənətdəyəm. Şou-biznes sözünü sevməyə bilərik, çünki cılızlaşdırıblar".

Bu sözləri bəstəkar Gövhər Həsənzadə "Pəncərə" verilişində deyib. O, mahnıya, sənətə görə heç vaxt ifaçıya bahalı hədiyyələr verildiyinə inanmadığını bildirib:

"Çalışdığım böyük sənətkarlar, tələbatlı olduqları vaxtda hansısa tamaşaçı gətirib ev, maşın bağışlamayıb. Bu absurtdu. Kim belə təqdim edir, öz işidir. Faiq Ağayev, Brilliant Dadaşova - böyük konsert auditoriyası yığanlar qazandıqlarından iki dəfə artıq sənətə xərcləyiblər. Konsertləri vermək üçün heç kim onlara pul buraxmayıb. Aylarla studiya götürürlər kirayəyə, ansambl danışırlar, paltarlar tikdirirlər - bilirsiz nə qədər xərc tələb edir?

Heç kim evində oturanda, çağırıb demirlər ki, qəşəng oxuyursan, al bu maşını sənə verirəm. Kimsə kimisə bəyənirsə maşın bağışlayırsa, sənətə bağlamasınlar.

Çıxıb efirdə özünü təqdim edir ki, filankəs filan mahnıya görə mənə maşın verdi. Şəxsi münasibətə görə verirlər o hədiyyələri. Heç kim sözümü müzakirə etməsin. Sabah çıxıb efirdə deməsin ki, 72 illik dostum idi... Məni tanımayan pərəstişkar, tamaşaçı maşın verir? Maşına görə başqa dəyərləri qurban verməyin. Onu efirdə təqdim edəndə, efir qarşısında sizə gülən o qədər adam var ki... O dəyərlər maşına dəyər? Özünüzü gülünc vəziyyətə salmayın".

Qeyd edək ki, son günlər müğənni Afət Fərmanqızı Nəsiminin "Sığmazam" qəzilinə görə iş adamının ona "Gelandewagen" markalı maşın bağışladığını bildirib.

Şərhlər

XƏBƏR LENTİ