“Kürəkənimi özüm seçmişəm...” - Könül Kərimova
“Şou Məkan” verilişinin növbəti qonağı müğənni Könül Kərimova olub.
“Qafqazinfo” xəbər verir ki, müğənni qızının xeyir işi olduğunu deyib, kürəkənini də özü seçdiyini bildirib:
“Bizdə adət-ənənə o cür deyil ki, övlad istəyən olmalıdır. Əlbəttə ki, valideynin də razılığı mütləqdir. Bizdə 50/50-yədir. Qəribədir ki, ilk mənim seçimim, istəyim olub. Ancaq qızımız razılaşmırdı. Sonra zaman keçdi, qızımız razılığa gəldi.
Nə oğlanı, nə də qızı yaxınlaşdıra bilmirdik. Təsadüfən qohumlardan birinin məclisində üz-üzə gəldilər. Biz qaldıq qıraqda. Eşitdik ki, bir-birini bəyəniblər. Bizə də xoş oldu. Bayaqdan biz də elə bunu istəyirdik də”.
Könül Kərimova söyləyib ki, qızı özbaşına buraxmağın tərəfdarı deyil:
“Biz də belə ailə qurmuşuq. Valideynlərim mənim öz istəyimə buraxmayıblar. Düzdür, mənim də istəyim olub. Ancaq əvvəlcə onların fikri gəlib. Qızı özbaşına qoysan, yal halvaçıya gedər, ya zurnaçıya. Oğlum demişkən, 50/50-yə. Qızımızı yola salaq, sonra gəlnimizi gətirək”.

Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var
İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq