"Heç bir qüvvə ailəmi dağıda bilməz" - Aygün
“İstəyərdim ki, tamaşaçı deməsin yenə Aygün, bezdim onun əlindən. Qoy, Aygün üçün darıxsınlar. Türkiyədə Tarkan necə edir? Hansısa verilişə çıxanda hamı onu axtarır”.
Bu sözləri rejissor Kənan M.M.-lə ailəli olan müğənni Aygün Mahmudova “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib.
Sənətçi efirlərə gec-gec çıxmasının səbəbini açıqlayıb:
“İstəyərəm bizim sənətçilərimiz Tarkan səviyyəsində olsunlar, hər kəs onları axtarsın. Efirdə tez-tez görünməsinlər".
Şəxsi həyatından danışan Aygün deyib ki, heç bir qüvvə onun ailəsini dağıda bilməz:
“9 ildir ailəliyəm, övladım, həyat yoldaşım var. Bir az uşaqlara vaxt ayırdığım üçün sənətimi geriləmişdim. Bəziləri var dözə bilmir, ailəni dağıdır. Bəziləri isə deyir ki, hər şey qurban olsun ailəmə. Heç bir qüvvə mənim ailəmi dağıda bilməz. Müqəddəs sandığım ailəmə heç nə təsir edə bilməz. Türkiyədə olanda mənə dedilər ki, sənin kimi səs görməmişik, dağları deşib keçər. Dünyaya meydan oxuyan səsdə sənətçi olsam da, heç nəyi ailəmə dəyişmərəm. Bu gün həyat yoldaşım oxumağıma qadağa qoysa, desə oxuma, hər şeyi qurban verərəm. Mənim üçün ən müqəddəs ailəmin başçısıdır. Amma Kənan o qədər alicənab biridir ki, o heç zaman mənə qadağa qoymaz. Namuslu qadın heç vaxt yolunu aza, problemlə qarşılaşa bilməz”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?