Əməkdar artistdən teatr cameasına SƏRT SÖZLƏR - “Onlara salam da vermirəm”
“Fani dünyada baş verənləri dərk edən yoxdur, amma axirətdə o insanları böyük bir imtahan gözləyir”.
Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist, tanınmış aktyor Çingiz Əhmədov “Gün ortası” verilişində qonaq olarkən deyib.
Sənətçi teatr mühitindəki bəzi həmkarlarını kəskin tənqid edərək, onlarla münasibətini kəsdiyini bildirib:
“Teatrda elə sənəti, titulu olan adamlar var ki, mən onlara salam belə vermirəm. Adlarını açıqlamayacağam, lakin demək ki, onlar həmin salama layiq deyillər. Teatrın maskasının bir üzü gülürsə, digər üzü kədərdir. Bizim həyatımız da belədir; içimiz özümüzü yandırır, çölümüz özgəni…”.Gənclərə qarşı hər zaman qayğıkeş olduğunu vurğulayan aktyor, paxıllıq edənlərə isə xəbərdarlıq edib:
“Heç vaxt gənclərin qəlbinə dəymirəm. Həmişə onların dərdini dinləyirəm, əlimdən gələn köməkliyi göstərirəm. Amma elə adamlar var ki, kiminsə yıxılmasına, əzilməsinə kənardan baxıb sevinirlər. Mən ustadım Əliağa Ağayevdən böyük-kiçik yeri bilməyi, hörmət etməyi görmüşəm. Unutmasınlar ki, bu dünya fanidir. Bəlkə elə mənim özümü də axirətdə böyük imtahan gözləyir… Günahsız insan yoxdur”.XalqXeber.Az

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub