Kafedə dalaşanları ayırmaq istədi - Həyatından oldu...
Bakıda kafedə törədilmiş cinayətlə bağlı məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ölümlə nəticələnən hadisə ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.
Bildirilib ki, hadisə ötən ilin iyun ayında gecə saat 02 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Rüstəmov küçəsində qeydə alınıb. Həmin vaxt oradakı kafedə bir qrup şəxs arasında münaqişə baş verib. Bu zaman dalaşanları ayırmaq istəyən 1990-cı il təvəllüdlü Turan Şəkərov qəfil olaraq başından zərbə alıb. O, Respublika Neyrocərrahiyə Xəstəxanasına aparılıb stasionar müalicə olunsa da, bir neçə gün sonra vəfat edib.
T. Şəkərovun baş beyin maddəsinin əzilməsi, baş beyinin yumşaq qişalarına və maddəsinə qansızma, alın sümüyünün sağ yarısının basılmış-deşilmiş açıq qəlpəli sınığı və həmin səviyyədə baş beyinin sərt qişasının cırılması ilə müşayiət olunan alın nahiyəsinin sağ yarısının bir ədəd əzilmiş-cırılmış yarası ilə əlaqədar baş beyinin irinli iltihabı və ödemi səbəbindən öldüyü müəyyənləşib.
Həmçinin aparılan istintaqla Turana Naxçıvan sakini 1970-ci il təvəllüdlü Musa Musayevin qartalbaşlı əsa ilə zərbə yetirdiyi məlum olub.
Turan Şəkərov dünyasını dəyişməzdən əvvəl verdiyi ifadədə hadisə zamanı dalaşanları ayırmağa çalışdığını söyləyib. Bundan sonra Musa onu yanına çağırıb və əsa ilə qəfil başına zərbə endirib.
Məhkəmə M. Musayevi Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - Ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilib. Ona 5 il həbs cəzası verilib.
XalqXeber.Az


Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır