Ağadadaşın baltası özünə qaytarılıb
Xalq artisti Ağadadaş Ağayevin mühafizəçiyə atdığı balta özünə qaytarılıb.
Məhkəmənin bir müddət əvvəl verdiyi qərara əsasən insidentdə istifadə olunan əşya sahibinə geri verilib.
Qeyd edək ki, müğənni ötən il Bakıdakı “MedEra” hospitalının mühafizəçisi ilə mübahisə edib və əlindəki baltanı ona tərəf atıb. Hadisə zamanı balta xəstəxananın xadiməsinin ayağına dəyib. Daha sonra isə xadimə baltanı götürərək kənara qoyub ki, heç kim onu götürməsin.
İstintaq zamanı balta sübut kimi götürülüb və Binəqədi Rayon Polis İdarəsinə təhvil verilib. Məhkəmə prosesi başa çatdıqdan sonra, cinayət tərkibi olmayan maddi sübut kimi baltanın geri qaytarılmasına qərar verilib. Beləliklə, Ağadadaş Ağayevin bağ işlərində istifadə etdiyini iddia etdiyi balta yenidən onun ixtiyarına keçib.
Xatırladaq ki, məhkəmə sənədlərinə əsasən, Xalq artisti həmin hadisə zamanı əsəblərinə hakim ola bilməyərək baltanı qarşı tərəfə atıb. O, məhkəmə zamanı baltadan silah kimi istifadə etmədiyini, sadəcə qorxutmaq məqsədilə atdığını bildirib.
Hökmə əsasən, A.Ağayevə 1 il sınaq müddəti seçilməklə şərti cəza verilib. Müğənninin vəkili Asim Abbasov hökmdən bəraət tələbi ilə apellyasiya şikayəti vermək fikirlərinin olduğunu deyib. Ağadadaş Ağayevlə insident yaşayan Nurəddin Cəlilovun da məhkəmə araşdırması tamamlanıb. Hökmə əsasən, N.Cəlilova 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək