Aygün Bəylərin keçmiş həyat yoldaşı onun məzarından şəkil paylaşdı - FOTO
Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) hazırda Almaniyanın Berlin şəhərində yaşayan keçmiş həyat yoldaşı Rəsul Vilayət özünün sosial şəbəkədəki hesabında mərhum sənətçinin məzarının şəklini paylaşıb.
Bununla da Rəsul Vilayət Aygün Bəylərin ölümündən kədərləriyini ifadə edib.
Sosial şəbəkə istifadəçiləi isə Rəsul Vilayətə başsağlığı veriblər.Rəsul Vilayət bugünə kimi Aygün Bəylərin vəfatına reaksiyasını bildirməmişdi.
Uzun müddətdir onkoloji xəstəlikdən müalicə olunan Əməkdar artist Aygün Bəylər 2024-cü il yanvarın 7-də Türkiyədə xəstəxanada vəfat edib. Mərhum Bakıdakı Suraxanı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Aygün Bəylər təxminən 15 il öncə Rəsul Vilayətlə qeyri-rəsmi nikahda olub. 2009-cu ildə onların Canan adlı qızı dünyaya gəlib.
14 yaşlı Canan hazırda Bakıda xalasının himayəsində yaşayır.
Rəsul Vilayət ötən əsrin 90-cı illərinin sonlarında Azərbaycanı tərk edərək Almaniyaya köçüb.
O, hazırda Berlində özünün yaratdığı “Barini MUSIC Production” şirkətinə rəhbərlik edir.
Berlindəki həyat yoldaşı ilə evlilikdən 3 övladının olduğu bildirilir – 2 oğlan, 1 qız.


Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır