Elza müəllimi hədələdi - "Dedim sənin qolundan tutub, bayıra ataram"
"İndi müəllimlərin çoxu "c" və "ç" hərfini düzgün tələffüz etmirlər. Uşaqları korlayan da bəzi müəllimlərdir. Onlar belə danışmamalıdırlar. Müəllimlər də bu cür danışan uşaqlara iki yazmalıdırlar".
Bu sözləri Əməkdar artist Elza Seyidcahan "Həmin Zaur" verilişində deyib. O, bəzi müəllimlərin ana dilimizi korladığını bildirib:
"O gün bir valideyn yanıma gəlmişdi, əsəblərim korlandı. İrad bildirdim ki, övladın "C" hərfini niyə düzgün tələffüz etmədi? Elə bildim ki, evdar qadındır. Soruşdum ki, hansı sahədə çalışırsınız? Cavab verdi ki, ibtidai sinif müəllimidir. Dedim sənin qolundan tutub, bayıra ataram. Sizin ixtiyarınız yoxdur ki, bizim ana dilimizi korlayasınız. Bahalı iki telefon, maşın alırsınız, üzünüzü gellə doldurursunuz, amma danışanda düzgün tələffüz etmirsiniz. Gözdən düşürsünüz, qulağım kar olur, bunların əlindən hara gedək?".(Axşam)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır