XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Mikayıl Cabbarovun nümayəndəsi Gəncəyə dəvət edildi: "Bizi xilas edin..."

Mikayıl Cabbarovun nümayəndəsi Gəncəyə dəvət edildi: "Bizi xilas edin..."

Mikayıl Cabbarovun nümayəndəsi Gəncəyə dəvət edildi: "Bizi xilas edin..."
3-07-2017, 10:07

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevə
3№ li Gəncə Peşə Liseyinin müəllim kollektivi tərəfindən

M Ü R A C İ Ə T

"Hörmətli Famil müəllim!

Siz 2016 - cı il oktyabr ayının 6 - da bizim liseyə yeni direktoru şəxsən təqdim etdiniz. Artıq o vaxtdan 8 ay keçib. Kollektiv bu təyinatı səmimi qarşıladı və qəbul etdi. Lakin yeni təyin olunmuş direktor Fazil İsmayılov təyinatın sabahı günü tamamilə aqressiv və qərəzli şəkildə işə başladı. Belə ki, rəhbər işciləri fərdi çəkildə qəbul edərək və sorğulayaraq onları bir başa şagirdlərin təqaüd kartarının mənimsənilməsində ittiham etdi. Bu proses bu günə kimi davam edir və sanki repressiya xarakteri daşıyır. Nəticə etibarıyla ilk olaraq İnzibati Təsərrüfat İşləri üzrə direktor müavini Səbuhi Rzayev inventarların mənimsənilməsi adıyla işdən azad edildi. Sonra Fazil İsmayılov kitabxanaçı vəzifəsində calışan Səriyyə Mustafayevanı Heydər Əliyevin büstünün itməsi üstündə ittiham edərək zorla işdən azad edilməsi haqqında ərizə yazdırdı, halbuki büst yerində idi. Fazil İsmayılovun sonrakı qurbanı laborant vəzifəsində calışan Lalə Əliyeva oldu. Belə ki, Fazil müəllim inventarizasiya zamanı onu kimya dərslərində istifadə olunan kolbaların qırılmasında günahlandırdı və iş rejıiminə riayət etmədiyi ücün ona əsaszız olaraq töhmət verdirdi və işdən azad etdi. Onu da qeyd etmək istəyirik ki, Lalə Əliyeva verilmiş qərarın əsaszız olduğunu bildirərək Fazil İsmayılovu məhkəməyə vermişdir. Əfsuslar olsun ki, Fazil müəllim bu cür xüsusi halları nazirlikdən gizlətməkdən də cəkinmir. Son məhkəmə prosesi 30 may 2017 - ci il tarixində keçirilmişdir. Və məhkəmə Lalə Əliyevanın işə bərpa edilməsi və verilmiş əmrlərin, töhmətlərin prokurorluğa göndərilməsi barədə qərar cıxarmışdır. Məhkəmə dövründə xəstəlikdə olan Fazil müəllim, nədənsə işdə olmuşdur və müəyyən əmrlərə imza ataraq möhür vurmuşdur.
Peşə təhsilindən hec bir anlayışı olmayan və idarəçilik bacarığına malik olmayan Fazil müəllim hər gün iclas edərək, işciləri işdən azad etməklə hədələyir və Nazirliyin, o cümlədən şəxsən Sizin adınızdan istifadə edərək işçiləri qorxu içərisində saxlayır.
Onun idarəçilik bacarığının olmamasının bir sübutu da budur ki, gəldiyi ilk gündən liseyin tədris prosesi tamamilə pozulmuşdur. Şagirdlərin davamiyyəti zəifləmişdir. Nizam-intizam qaydaları pozulmuşdur. Belə ki şagirdlərin bir birləri ilə dava - dalaş salması, hətta müəllimlərə əl qaldırılması kimi hallar baş verir. Gəncə Şəhər Nizami Rayon Polis İdarəsinin nümayəndələri dəfələrlə liseyə gələrək bu cür halların aradan qaldırılması ücün müəyyən tədbirlər görmüşlər. Fazil müəllimin səyi nəticəsində Gəncə Şəhər Nizami Rayon Polis İdrəsinə bu barədə 4 şikayət daxil olmuşdur.
Tərbiyə İşləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş İsmayılov İsmayıl bu sahədə təcrübəsizdir. Belə ki cəmi 8 aydır calışır. İlk olaraq katibə, sonra kitabxanaçı və sonra direktor müavini vəzifəsinə qədər gətirilmişdir.
Kadrlar üzrə mütəxəssiz vəzifəsində calışan Həsəncanov Səbuhi də yeni təyin olunmuş kadrlardandır. Belə ki Səbuhi Həsəncanov təyinatdan öncə Dəmiryolu deposunda calışırmış. Və cox maraqlısı odur ki, onun işində korrupsiya halı aşkarlandığı ücün işdən azad edilmişdir. Bizim direktor Fazil müəllim bu halları bilərək onu vəzifəyə almışdır.
Peşə sistemində 10 illik təcrübəsi olan Dərs Hissə müdiri Elmir Rzayevi və 32 illik iş stajı olan Fiziki tərbiyə rəhbəri Akif İsayevi aldadaraq “ya tutduğunuz vəzifədən azad olmalısız, ya da ki, müəllimlərin diaqnostik qiymətləndirilməsinə getməyəcəksiniz” deyərək onları işdən azad etmişdir. Maraqlısı budur ki, məhz Sizin adınızdan bu sözləri söyləmişdir.
Bu cür yeni təyinatlar və işdən azad etmələr təlimata uyğun olaraq Liseyin Pedaqoji Şurasında müzakirəyə qoyulmalıdır. Lakin Fazil İsmayılov şəxsi qərarlardan cəkinmir.
Qeyri qanuni iş rejimi yaradıb. Belə ki, müəllimləri məcbur edərək hər gün saat 8:00 dan işə cəlb edir. Işlənilən saatların əmək haqqı ödənilmir. Nə qoca sayır, nə cavan. Hətta yas mərasimlərindədə iştirak etməyimizə icazə vermir. Kollektivin narazılığı günü gündən artır.
Liseyin İdman zalını idmançılara, emalatxanasını isə mebel sexinə icarəyə verib. Onlardan alınan icarə haqqı nədənsə liseyin hesabına keçmir və mənimsənilir.
İstehsalatda, peşə sistemində yetərincə təcrübəsi olan Böyük usta vəzifəsində calışan Rəhimova Afaqı qeyri iş günündə işə cağıraraq ona işdən azad edilməsi barədə ərizə yazdırtmışdır. Və maraqlısı budur ki, onun yerinə hec bir təcrübəsi olmayan, istehsalatdan anlayışı olmayan cəmi 5 ay liseydə calışan Aysel adlı işçini onun yerinə özbaşına təyin etmişdir. Təlimata əsasən isə ən azı 3 il stajı olmalıdır.
İndi isə liseyin Tədris İstehsalat İşləri üzrə direktor müavini Azər Rüstəmovu hədələyir. Ona qarşı aktlar tərtib etdirir. Nəzərə alsaq ki, Azər müəllimin yetərincə bu sahədə təcrübəsi var. Və Prezidentimiz Cənab İlham Əliyev onu “Tərəqqi” ordeni ilə mükafatlandırmışdır.
Şəxsi vəsaiti hesabına liseyin dəhlizlərinə, o cümlədən iş kabinetinə kameralar quraşdırmışdır. Kameralardan işciləri izləyərək, onları kabinetinə cağırır, onların əl salafanlarında nə apardıqlarını soruşur. Nəzərə alsaq ki, kollektivin 90% qadındır, bu cür hallar etik normalara ziddir.

Hörmətli Famil müəllim!

Kollektivin narazılığı günü-gündən artmaqdadır. Çox faktlar gətirmək olar. Sizdən bu halların aradan qaldırılmasını xahiş edirik. Sizin bura gəlməyiniz və hər bir müəllimlə fərdi şəkildə söhbət aparmağınız lazımdır. Çünki müəllimlər iclaslarda ümumi söz deməyə çəkinir, qorxur. Fazil müəllim bu cür çıxışlardan sonra bizləri hədələyir. Özünü dövlət qulluqçusu adlandıraraq Dövlətimizin adından da danışmaqdan çəkinmir.
Hörmətli redaksiya" Sizə ünvanladığımız bu müraciəti saytınızda dərc olunmasını xahiş edirik. Yeni təyin olunmuş direktorun əməllərini ifşa edəsiniz, müəllimlər qorxu və xof icərisindədilər, bizlərə kömək edin..."
Redaksiyadan: Biz müəllimlərin bu fəryadını ictimailəşdirməyə qərar versək də məktubda qeyd edilənlərin nə dərəcədə həqiqəti əks etdirib-etdirməməsinin yoxlanılması imkanından məhrum olduğumuza görə Təhsil Nazirliyinin rəhbərliyindən məsələyə müdaxilə edilməsini xahiş edirik.

moderator.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.