SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Bu, Prezident siyasətinin sobatajı deyilmi?" - ASC sədrinə "su" kimi MÜRACİƏT...

"Bu, Prezident siyasətinin sobatajı deyilmi?" - ASC sədrinə "su" kimi MÜRACİƏT...

Tarix:

3-07-2017, 09:58

/ 38 908 dəfə oxundu.
"Bu, Prezident siyasətinin sobatajı deyilmi?" - ASC sədrinə "su" kimi MÜRACİƏT...

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə cənablarına

AÇIQ MƏKTUB

Cənab sədr, mən Sabirabad rayonunun Yolçubəyli və Zəngənə kəndlərində 180 hektar pambıq əkmişəm. Nəzərinizə çatdırıram ki, ötən il ölkəmizdə ən yüksək məhsul tədarük edənlərdən biri mən olmuşam və bu ildə də ölkəmizdə ən yaxşı pambıq sahələri mənim sahələrimdir. Bu il də 180 hektar sahədən ortalama 30-35 sentner pambıq tədarükü gözləyirəm. Lakin, cənab sədr, pambığın suvarılmasında çox ciddi problemlərimiz var. Sahələrimin xeyli hissəsinin suvarılması artıq gecikir.
Sizin ümumi rəhbərliyiniz altında fəaliyyət göstərən “Sabirabad mexaniki suvarma idarəsi”nə dəfələrlə müraciət etsəm də hec bir nəticə yoxdur. Qısası, Sizin Sabirabaddakı mexaniki suvarma idarəsi pambıq suvarılması mövsümünə hazır deyil.

Hörmətli Əhməd müəllim!

Çox böyük əziyyətlə yetişdirdiyim sahələr məhv olmaq üzrədir. İndi mən neyləyim?
Mənə daha dəhşətli gələn odur ki, Sizin Rafiq adlı müavininizə 050 215 81 28 nömrəli telefonla zəng edib kömək istəyəndə, o, məni dinləmək əvəzinə, çox kobud, mədəniyyətsiz səviyyədə mənimlə danışıb telefonu söndürdü.
Cənab sədr, möhtərəm Prezidentimizin dəfələrlə dediyi "məmurlar xalqın xidmətçisidir" sözlərinə müavininiz beləmi əməl edir?
Əlbəttə, Rafiq kimi sədr müavini olan cəmiyyətin rayon suvarma idarəsi də belə yarıtmaz fəaliyyət göstərər.
Minlərlə insan, ölkə Prezidentinin aqrar sahədə yürütdüyü siyasətə dəstək olaraq, pambıq əkdiyi halda, Sizin rəhbərlik etdiyiniz cəmiyyət bizləri bezdirir, pambıq əkməkdən çəkindirir. Bu, Prezident siyasətinin əsl sobatajı deyilmi, cənab sədr?
Axı Siz sonuncu müşavirədə Prezidentimizə söz verdiniz ki, ölkədə pambığın suvarılmasında heç bir problem olmayacaq.
Cənab sədr, Sizdən xahiş edirəm, nə qədər ki gec deyil, təcili tədbirlər görəsiniz.
Heç olmasa, Allah xatirinə, biz zəhmətkeş insanların əməyinin itməsinə imkan verməyin.
Pambığın əkilib becərilməsi çox böyük zəhmət tələb edir, cənab sədr. Həm də çox böyük və ağır zəhmət.
Göstərəcəyiniz diqqətə görə, qabaqcadan təşəkkürümü bildirməklə bir daha xahiş edirəm: Bizi darda qoymayın!

P.S. Suvarma sahəsindəki problemlərlə bağlı hazırlamaqda olduğum video-müraciəti tezliklə Sizinlə paylaşacağam, hörmətli Sədr.

Hörmət və ehtiramla,
Sabirabad rayonu, Zəngənə kənd sakini Əfras Əsgərov
əlaqə tel. 050 311 28 69

moderator.az

Şərhlər

XƏBƏR LENTİ