XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Ağsu Mərkəzi Xəstəxanasında xadimə də rüşvət tələb edir

Ağsu Mərkəzi Xəstəxanasında xadimə də rüşvət tələb edir

Ağsu Mərkəzi Xəstəxanasında xadimə də rüşvət tələb edir
29-06-2017, 12:10

Son vaxtlar Ağsu Rayon Mərkəzi Xəstəxanasında baş verən özbaşınalıqlar adi hala çevrilib
Bu barədə rayondan daxil olan məlumatlarda bildirilir. Bir qrup şikayətçini redaksiyaya ünvanladığı şikayət məktubunda bildirilir ki, rayon xəstəxanasında rüşvət o həddə çatıb artıq burda xadimələrdə xəstə sahiblərindən pul tələb edir. Həkimi qəbuluna düşməktə tutmuş müayinəyə və dövlət tərəfindən pulsuz nəzərdə tutula dərmalara qədər özbaşınalıq var. Yəi pulun yoxdusa ölməlisən vəssalam. Şikayətçilər onuda bildiriblər ki, rayon əhalisi arasında xəstəxana ilə bağlı bir nəfər belə xoş söz söyləyən tapılmaz. Xəstəxananın girişindən çıxışına qədər rüşvətlə yoğrulmuş bu səhiyyə ocağı insanlara xidmətdən çox baş həkimin pul dağarçığına müavini Əli Hüseynovun isə eşq-məşq məkanına çevrilib.
Şikayətçilərin yazdığına görə, baş həkim müavini həmdə rayonda YAP-ın sədiri Əli Hüseynov axrıncı dəfə partiyanın qərərgahına getdiyi yadından çıxıb. Çünki onu RMX-ya bağlıyan tək bir səbəb var - " ağ xalatlı mələk..." Bu səbəbdən də otağının qapısı hər vaxt bağlı olur. Və otaqda ola - ola xəstələrin qarşısına çıxmır. Bir sözlə bu şəxsi düşündürən iki qüvvə var, biri özü, o biri isə bəzi səbəblərdən adını çəkmək istəmədiyimiz şəxs...
Bundan başqa rayon mərkəzi xəstəxanasına Səhiyyə nazirliyi tərəfindən verilən, 170 adda olan dərmanların vətəndaşlara pulla verilməsidir. Bunlardan ən əsası isə şəkər diabedli xəstələrə verilən insullinlərdir ki, bunu da pulsuz əldə etmək müşkül məsələyə çevrilib. Dövlət qayğısını görə bilməyən xəstələr dərman əldə etmək üçün evlərinin əşyalarını belə satmaqdan çəkinmirlər. Ağsu Rayon Mərkəzi Xəstəxanasında Səhiyyə nazirliyi tərəfindən qeydiyyatda olan xəstələrə ayrılmış pulsuz dərmanların pulla satılması həqiqətən də acınacaqlı vəziyyətin hökm sürməsindən xəbər verir. Bu dərmanlar isə xəstəxananın 5 metrliyində yerləşən Əli Hüsynovun apteki kimi tanınan satış məntəqəsində hər kəsə satılır.
Şikayətçilər məktubda Ağsu rayonunda baş alıb gedən özbaşınalıqlarla və qanunsuzluqlarla bağlı ölkə başçısından kömək istəyirlər. Onlar bildirirlər ki, "Cənab Prezident, son ümid yerimiz Sizsiniz; bizləri bu məmurların əlindən qurtarın!"

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.