SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qusar polisi məktəblilərin qonağı olub

Qusar polisi məktəblilərin qonağı olub

Tarix:

10-03-2023, 17:00

/ 981 dəfə oxundu.
Qusar polisi məktəblilərin qonağı olub

Qusar  Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun  2 saylı tam orta məktəbində narkomaniyanın fəsadlarından bəhs edən maarfiləndirmə mövzusunda tədbiri keçirilib.

 “Narkomaniyaya yox deyək” mövzusunda keçirilən görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Eldar İlyasov  narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat verib. Gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrindən söz açan şöbə rəisi, ölkənin hər yerində narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını qeyd edib. Çıxışının sonunda isə E.İlyasov  gənclərə daima diqqətli olmalarını, cinayət yolundan uzaq durmalarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər haqqında məlumatlı olduqları zaman isə mütləq valideynlərinə və hüquq mühafizə orqanlarına məlumat vermələrini məsləhət görüb.

Sonra çıxış edənlər isə narkomaniya əleyhinə aparılan tədbirlərin hazırda aktual xarakter daşıdığını, yeniyetmə və gənclərlə təşkil edilən bu cür görüşlərin əhəmiyyətini qeyd ediblər.

Həmçinin çıxış edən RPŞ-nin azyaşlılar üzrə baş inspektoru, polis mayoru  Səlahəddin Əmrullayev erkən nikahın fəsadlarından bəhs edib.

Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.



Şərhlər

XƏBƏR LENTİ