Ucqar kənddə polis tədbir keçirib - FOTO
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan xalqxeber.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun ucqar Sədan kəndindəki E.Rəhimov adına tam orta məktəbdə yuxarı sinif şagirdləri ilə “Narkomaniyaya və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin, Təhsil şöbələrinin nümayəndələri, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirin əvvəlində şagirdlərə “Şəhadət” filmi nümayiş etdirilib.
RPŞ-nin rəis müavini, polis mayoru Qoşqar Kazımov çıxış edərək narkomaniyanın ağır sosial bəlaya səbəb olan zərərli hallarından söhbət açıb. Narkotik maddələrin yaratdığı aludəçilik haqqında məlumat verərək, şagirdlərə diqqətli olmalarını, ətraflarında belə maddələrdən istifadə edən insanları gördükdə onlardan uzaq durmalarını, müəllimlərinə, valideynlərinə məlumat vermələrini tövsiyə edib.
RİH-nin numayəndəsi Balabəy Balabəyov RPŞ-nin təşkilatçılığı ilə keçirilən belə tədbirlərin əhəmiyyətini qeyd edərək, milli mənəvi dəyərlərin qorunub saxlanması və inkişafının məhz sağlam gəncliyimizdən asılı olduğunu bildirib.
Daha sonra çıxış edən RPŞ-nin baş inspektoru polis baş leytenantı Fərahim Qasımov və DYPB əməkdaşı polis kapitanı Dilşən Məmmədov keçirilən tədbirin əhəmiyyətindən danışaraq, narkotik maddələrin insan sağlamlığı üçün yaratdığı mənfi xüsusiyyətlər haqqında şagirdlərə məlumat veriblər. Dini radikalizm mövzusuna toxunan polis zabitləri tolerantlığın mövcud olduğunu ölkəmizdə din pərdəsi altında fəaliyyət göstərən qruplaşmalara qarşı ölkə rəhbərliyi və daxili işlər orqanları tərəfindən güclü mübarizə tədbirləri aparıldığı qeyd ediblər.
Tədbirin sonunda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təhsildə fərqlənən şagirdlərə hədiyyələr təqdim olunub.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək