SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » SAĞLAM GƏLƏCƏK BAŞLICA MƏQSƏDDİR

SAĞLAM GƏLƏCƏK BAŞLICA MƏQSƏDDİR

Tarix:

14-02-2018, 19:31

/ 1 509 dəfə oxundu.
SAĞLAM GƏLƏCƏK BAŞLICA MƏQSƏDDİR

İctimaiyyətin sosial-iqtisadi inkişafına ağır zərbə vuran və gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən narkomaniyanın və erkən nikahların qəti olaraq yolverilməzliyi və qarşısının alınması mövzusunda tədbirlərin keçirilməsinin vacibliyi, yeniyetmələrin bu istiqamətdə maarifləndirilməsinin zəruriliyi cəmiyyət tərəfindən bəyənilir və təqdir olunur.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran rayonunun Pirəmsən kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda Rayon Polis Şöbəsinin və Veteranlar şurasının təşkilatçılığı, Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyinin Şabran rayon nümayəndəsinin, məktəbin pedaqoji və yuxarı sinif şagirdlərinin iştirakı ilə tədbir keçirilib.
Tədbirin əhəmiyyəti və vacibliyi haqda məlumat verən məktəbin direktoru Hətəmşah Məmmədov, belə görüşlərin faydasından bəhs edib. RPŞ-nin baş inspektoru, polis mayoru Eldar Ömərov ümumbəşəri bəlaya çevrilən narkomaniyanın fəsadları haqda şagirdlərə məlumat verərək, bu yola düşən şəxslərin öz həyatlarını məhv etmələri, gələcəklərini ağ ölümə qurban vermələri və düçar olduqları bəlanın fəsadları barədə söhbət açıb. Qeyd olunub ki, belə həssas mövzularda gənclər daima diqqətli olmalı, cinayət yolundan uzaq durmalı, şübhələndikləri, bilmədikləri mövzular barəsində mütləq valideynlərindən, yaxud müəllimlərindən soruşub, öyrənməlidirlər.
Daha sonra çıxış edən Şabran RPŞ Veteranlar Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Valeh Sadıqov gənclərə həyatın dəyərli olduğunu, gənc vaxtlarında özlərini qorumağı və sonu olmayan ağ ölumdən uzaq durmalarının vacibliyini bildirib. Qeyd edib ki, narkotik vasitələrdən istifadə edən şəxslər ailədən, cəmiyyətdən, normal həyatdan uzaq düşür və nəticədə heç kimə lazım olmamaq faciəsi ilə üzləşirlər.
Erkən nigah və dini radikalizm mövzusuna toxunan V.Sadıqov cəmiyyətdə rast gəldiyimiz belə halların doğurduğu sosial problemlər, fizioloji fəsadlar və ailə zorakılığı barədə geniş məlumat verərək, belə halların savadsızlıq və dini mövhumat nəticəsində meydana gəldiyini vurğulayıb.
Sonda çıxış edən Gənclər və İdman Nazirliyinin Şabran rayon Şöbəsinin nümayəndəsi Musa Hüseynov gənclərimizin belə mövzularda maarifləndirilməsində, bu cür bəlalara qarşı təbliğatın gücləndirilməsində ümumtəhsil məktəblərinin rolunun böyük olduğunu diqqətə çatdırıb.
Tədbirin sonunda narkomaniyanın yaratdığı fəsadlardan bəhs edən videoçarx nümayiş etdirilib.

Nizam Həmidov
polis leytenantı
SAĞLAM GƏLƏCƏK BAŞLICA MƏQSƏDDİR
SAĞLAM GƏLƏCƏK BAŞLICA MƏQSƏDDİR
SAĞLAM GƏLƏCƏK BAŞLICA MƏQSƏDDİR
SAĞLAM GƏLƏCƏK BAŞLICA MƏQSƏDDİR

Şərhlər

XƏBƏR LENTİ