SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Elmar Vəliyevdən gələn şikayətlər “Azərpoçt”dan geri qaytarılır

Elmar Vəliyevdən gələn şikayətlər “Azərpoçt”dan geri qaytarılır

Tarix:

15-05-2017, 14:13

/ 60 461 dəfə oxundu.
Elmar Vəliyevdən gələn şikayətlər “Azərpoçt”dan geri qaytarılır

Vidadi Zeynalovun dostu Rəsul Bayramovun qanunsuz əməli etirazlara səbəb olub
Bir neçə gün öncə müraciət edən Gəncə şəhər sakinləri bildiriblər ki, onların şikayət məktubları Dövlətin qurumlarına yetişmir. Onlar dəfələrlə rast olduqları haqsızlıqları qələmə alıb məktub şəklində aidiyyatı qurumlara ünvanlasalarda heç bir cavab ala bilməyiblər. Və hətta məktub ünvanladıqları qurumdan onlara bildiriblər ki, heç bir şikayət rəsmi şəkildə ünvana daxil olmayıb.
Müraciətlə bağlı apardığımız araşdırmalar göstərir ki, həqiqətən Gəncə şəhər icra başçısı Elmar Vəliyevin fəaliyyətindən narazı qalan vətəndaşların şikayət məktubları Prezident Aparatına, eləcədə digər qurumlara çatdırılmır. Məktublar geri qaytarılaraq “yox” edilir. Aylarla yazdığı məktuba cavab gözləyən vətəndaş isə çarəsiz qalaraq baş verənləri seyr edir.
Araşdırmalarımız nəticəsində məlum oldu ki, Gəncənin meri Elmar Vəliyevdən olunan şikayətlərin qarşısı “Azərpoct” MMC-də sədr müavini vəzifəsini tutan Rəsul Bayramov tərəfindən alınır və şikayət məktubları geri qaytarılaraq “yox” edilir. Rəsul Bayramovun qanunsuz tapşırığı ilə həyata keçirilən bu əməliyyat sadə insanların hüquqlarının kobud şəkildə pozulması olsa da nəticədə icra başçısının qohumuna “gözün üstə qaşın var” deyən yoxdur.
Qeyd edək ki, Bayramov Rəsul Lətif oğlu 23.09.1961-ci ildə Azərbaycan Respublikası Qəbələ rayonunda anadan olub.
1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyatın planlaşdırılması fakultəsini bitirmişdir.Əmək fəaliyyətinə 1983 -cü ildə başlamış və YPTK-da usta, 1985-ci ildə Azəreneji tikinti idarəsində mühəndis, 1988-ci ildə Qəbələ konserv zavodunda hüquqşünas, 1990-cu ildə Qəbələ 172-TCMD-də iqtisadçı, 1992-ci ildə Qəbələ Rayonu Təqaüd fondunda baş mütəxəssis, 1992-ci ildə Azərittifaq Ticarət Təchiz Bazasında əmtəəşünas vəzifələrində çalışmışdır.1993-1994-cü illərdə Əmanət bankında baş iqtisadçı, 1994-1996-cı illərdə Dövlət Vergi müfəttişliyində böyük vergi müfəttişi, 1996-1999-cu illərdə Əmanət bankında rəis müavini, 2007-2009-cu illərdə Sumqayıt Elektrik şəbəkəsində rəis müavini, 2009-2011-ci illərdə Zamin bankda şöbə rəisi vəzifələrində çalışıb.04.10.2011-ci ildən "Azərpoçt" MMC-də Baş direktor müavini vəzifəsində çalışır. Sabiq direktorun həbsindən sonra vəzifəsindən azad edilməyən Bayramov hazırda qanunsuz əməlləri ilə Gəncədə narazılıqların səbəbkarına çevrilib.
Xatırladaq ki, Rəsul Bayramov, Rabitə və İnformasiyalar nazirliyinin sabiq aparat rəhbəri, hazırda həbsdə olan Vidadi Zeynalovun yaxın adamı kimi tanınır. Vidadi Zeynalov Gəncənin icra başçısı Elmar Vəliyevlə yaxın dost münasibətdə olub və bu münasibətə görə Rəsul Bayramov yüksək vəzifəyə təyinat alıb. Faktla bağlı ətraflı məlumat verəcəyik.
Gəncəlilərin etirazına səbəb olan faktla bağlı aidiyyatı qurumların eləcədə Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin tədbir görəcəyinə inanırıq. Sadə vətəndaşların hüquqlarını kobud şəkildə pozaraq haqq səslərini boğmağa çalışan Elmar Vəliyevin və qohumu (onların yeznə-qayın olduğu bildirilir) Rəsul Bayramovun cəzalandırılacağına ümid edirik.

Mövzuya qayıdacağıq.

Realliq.info

Şərhlər

XƏBƏR LENTİ