SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Gəncənin hal(sızlığ)ı da göz qabağındadır, Elmar Vəliyevin dəm-dəstgahı da"

"Gəncənin hal(sızlığ)ı da göz qabağındadır, Elmar Vəliyevin dəm-dəstgahı da"

Tarix:

10-03-2017, 09:40

/ 4 626 dəfə oxundu.
"Gəncənin hal(sızlığ)ı da göz qabağındadır, Elmar Vəliyevin dəm-dəstgahı da"

"Gəncə şəhər İcra Jakimiyyətinin başçısı Elmar Vəliyevin Gəncə ş. 4 saylı orta məktəbin yanında tikdirdiyi villası "hökumət iqamətgahı", "qonaq evi" kimi qələmə verilsə də, əslində bunun belə olmadığı hər kəsə bəllidir". Bu barədə daxil olan məlumatda deyilir.

Məlumatı redaksiyamıza çatdıran mənbə bildirir ki, əslində Elmar Vəliyevin şəxsi mülki olan həmin villa sonradan yaxınlıqda yerləşən və sökülən hərbi hospitalın həyətinə birləşdirilərək əsl malikanə halını alıb. Qaynaq dia.az-a yazır: "Villa və malikanə aludəçiliyi ilə seçilən Elmar Vəliyevin Gəncənin mərkəzində bu ölçülərdə villanı hansı pulla tikdirməyini sual verməyə ehtiyac yoxdur. Gəncənin hal(sızlığ)ı da göz qabağındadır, Elmar Vəliyevin dəm-dəstgahı da".

Daha sonra qaynaq yazır: "Bu villa, şəhərin büdcə təşkilatlarından yığılan qeyri-rəsmi haqq, xərac hesabına və müxtəlif sxemlərlə iş adamlarından qanunsuz yığımlar hesabına başa gəlib".

Qeyd edək ki, Elmar Vəliyevin villası ilə bağlı bu günlərdə də yerli KİV-lərdə ilginc iddialar səsələnmişdi. Deyilirdi ki, vətəndaşların əmlak hüquqlarına qəsdi ilə ad çıxaran Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev "gözə” gələcəyindən narahat olub.

Məlumata görə, belə ki, icra başçısı rəhbəri olduğu şəhərdə özü üçün inşa etdirdiyi villasının qapısında "göz muncuğu” asdırıb.

E. Vəliyevin evinin qabağından keçən insanlar isə bunu sadəcə, təbəssümlə və istehza ilə qarşılayırlar.

Çünki onun yaşadığı villanı hansı pullarla inşa etdirdiyi kimsəyə də sirr deyil. Hətta, bu azmış kimi qonşularının onun həyətinə bitşik torpaq sahəsini də ələ keçirən icra başçısı onlara vəd etdiyi kompensasiyanı belə verməyib.

Başçının villasından həmin görüntüləri təqdim edirik:
"Gəncənin hal(sızlığ)ı da göz qabağındadır, Elmar Vəliyevin dəm-dəstgahı da"
"Gəncənin hal(sızlığ)ı da göz qabağındadır, Elmar Vəliyevin dəm-dəstgahı da"

dia.az

Şərhlər

XƏBƏR LENTİ