SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qubada polis reyd keçirib

Qubada polis reyd keçirib

Tarix:

7-05-2021, 10:30

/ 579 dəfə oxundu.
Qubada polis reyd keçirib

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən küçə və prospektlərdə dayanma-durma qaydalarının düzgün təmin edilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir. Bu barədə DİN-dən verilən məlumatda deyilir.

Daxili İşlər Nazirliyinin tədbirlər planına uyğun olaraq rayonda yol polisinin keçirdiyi tədbirlər zamanı piyada səkilərini və avtobus dayanacaqlarını zəbt edən, eləcə də müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan sürücülərlə profilaktik söhbətlər aparılıb, sürücülərə parklanma qaydalarına ciddi riayət etmələri barədə məlumatlar verilib.

Edilən xəbərdarlıqlara baxmayaraq qaydaları yenidən pozan sürücülər barəsində isə qanunvericiliyə uyğun olaraq inzibati qaydada tədbirlər görülüb.




Şərhlər

XƏBƏR LENTİ