Oğuzda karantin rejimi ilə əlaqədar reyd keçirilib
Oğuzda polis əməkdaşları tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, fəaliyyətinə icazə verilən obyektlərdə, sərnişin daşıma ilə məşğul olan nəqliyyat vasitələrində, açıq ictimai məkanlarda keçirilən reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb, tibbi maskalardan istifadənin zəruriliyi izah olunub. Karantin rejimi qaydalarına riayət etməklə fəaliyyət göstərməyin vacibliyi obyekt sahiblərinin və icarədarların diqqətinə çatdırılıb.
Reyd ictimai nəqliyyatda da davam etdirilib, pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə qəbul edilən qərarlar bir daha sürücü və sərnişinlərin diqqətinə çatdırılıb. Həmçinin, bəzi marşrut avtobuslarında şəffaf arakəsmələr quraşdırmayan sürücülərə xəbərdarlıq olunub. Ümumilikdə qaydaları pozan vətəndaşlar barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...