Samuxda Prezidentə dərdini deyən şikayətçiyə təzyiq edirlər... - Özbaşınalıq...
Samux rayon Ziyadlı kən sakini Bayramov Bilal Mirzəməhəmməd oğlu yenidən redaksiyamıza müraciət edib. Onun sözlərinə görə, rayon rəhbərliyinə yaxınlığı ilə seçilən və rayonda suvarma sistemləri idarəsində məsul vəzifə tutan Qafarov Məhərrəm adlı şəxs ona Prezident İlham Əliyevə etdiyi videomüraciətə görə təzyiqlər edir.
Azinforum.az olaraq Qafarov Məhərrəmlə əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, müraciəti edən Bayramov Bilalla onun arasında ədavət var: “O, bir neçə dəfə mənimlə bağlı hüquq-mühafizə orqanlarına şikayətlər edib. İndi də barəmdə başdan-ayağa böhtan danışıb. Bu səbəbdən də, mən sizn saytı və həmin adamı məhkəməyə vermişəm. Sizdən xahiş edirəm ki, obyektivliyi qoruyan sayt olduğunuzu sübut etmək üçün, mənim də sizə göndərəcəyim videomüraciəti yayımlayasınız”.
Redaksiyadan: Vətəndaşların şikayətlərini işıqlandırmaq bizim jurnalist kimi borcumuzdur. Təbiidir ki, media prinsiplərini əsas tutan sayt olaraq, biz bütün tərəflərə bərabər tribuna verməyə hazırıq. Bu baxımdan da, Qafarov Məhərrəmin də bizə göndərəcəyi videomüraciəti məmnuniyyətlə yayımlaya bilərik. Hansısa məsələ ilə bağlı məhkəməyə müraciət etmək isə istənilən vətəndaşın öz hüququdur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?