Cavid Qurbanov bu icra hakimiyyətini İNHİSARA ALIB - NARAZILIQ!
Kəlbəcər rayonunun Aşağı-Ayrım kənd sakini Mehdiyev Xudayar Aydın oğlu işsizlikdən bezərək ölkə başçısına açıq müraciət ünvanlayıb. Dörd uşaq atası olan işsiz gələcək üçün dövlətimizə iki əsgər və iki ana böyütdüyünü, onları vətənpərvər kimi yetişdirməyə çalışdığını qeyd edir. Lakin, istəyinin tam reallaşması üçün maddi dolanışığının dözülməz olduğunu, eləcə də yerli məmurların özbaşınalığından və diqqətsizliyindən əziyyət çəkdiyini deyir.
Kəlbəcər rayon icra hakimiyyətinin qapılarında qalan və hələ də iş tapa bilməyən şikayətçinin sözlərinə görə, rayonun bütün büdcə təşkilatları, mədəniyyət, səhiyyə və təhsil sahələri, rayonun yol idarəsi icra başçısının yaxın qohumları tərəfindən qəsb edilib. Bir qrup şəxsin və nəslin marağı ilə bütün iş yerləri tutulub.
Şikayətçi iddia edir ki, rayon təhsil şöbəsində də adları işdə gedib özləri havayıca maaş alanlar yetərincədir.
Xudayar Mehdiyev şikayətində direktorların, inspektorların və qeyri məmurların bankomatla çıxardıqları kartların araşdırılmasını istəyir. Hesab edir ki, maxinasiyaları müəyyən etmək üçün bankomatın kameralarının yaddaşdakı görüntülərinə baxmaq yetərlidir.
Şikayətçi yazdıqlarına dair xüsusi yoxlamanın keçirilməsini, özünün isə bir işlə təmin olunmasını istəyir.
Xatırladaq ki, elektron KİV-lərdə Kəlbəcər rayonunun bütün işlərinin sabiq icra başçısı Aqil Məmmədovun (Kəlbəcərin hazırki millət vəkili) və "Azərbaycan Dövlət Dəmiryolu" QSC-nin sədri Cavid Qurbanovun kurasiyasında olması tirajlanıb. Kəlbəcər rayonuna aid bütün yüksək vəzifələrin rəhbərlərinin təyinatının məhz Cavid Qurbanovdan və əmisioğlu Aqil Məmmədovdan asılı olduğu dəfələrlə vurğulanıb.
Ümid edirik ki, Kəlbəcərin inzibati idarəçiliyini əldə saxlayanlar iş təminatında Xudayar Mehdiyev kimi kasıbların da halına acıyacaqlar...
Demokratik.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?