Xaçmaz polisi qaziləri ziyarət ediblər
Bugünlərdə Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan Vətən müharibəsində sağlamlıqlarını itirən qaziləri ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.
Xaçmaz rayonunun Canaxır kəndində yaşayan qazi Şamo Osmanov müharibənin ilk günlərindən könüllü döyüşə yollanıb. Bir çox kənd və qəsəbələrin işğaldan azad olunmasında iştirak edib, silahdaşları ilə birgə düşmənə qan uddurub. O, müharibənin 37-ci günündə düşmən snayperi tərəfindən açılan atəş nəticəsində ayağından yaralanıb və hazırda yaşadığı evdə müalicə alır.
Döyüşlərdə yaralanan digər hərbiçimiz isə rayonun Qaradağ Buduq kənd sakini Elməddin Əhmədovdur. E.Əhmədov da ən çətin tapşırıqları yerinə yetirib, igidlik, şücaət göstərib. O da ayağından yaralanıb.
Hər iki qazimiz ölkə Prezidentinin sərəncamları ilə torpaqlarımızın azad olunmasında göstərdikləri sücaətlərə görə medallarla təltif ediliblər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?