Ağstafanın baş həkimi narazılıq yaradır - VİDEO
Ağstafanın Poylu kənd sakini, rayonun mərkəzi xəstəxanasında təcili tibbi yardımın stajlı işçisi Nəsibə Məmmədova şikayətçidir. Onun “Reportyor.info”-ya dediyinə görə, 2020-ci ilin martında təcili tibbi yardım şöbəsi iki hissəyə bölünüb, çağırışçı və müalicə statusları müəyyənləşib. Həmçinin qəbul şöbəsi ləğv olunub. N. Məmmədova deyir ki, yanvarın 7-də iclas çağırılıb, baş həkim İlham Sofiyevin onları imtahan edəcəyi xəbərdarlıq olunub. Şikayətçi deyir ki, çoxdan attestasiyadan keçiblər, imtahan veriblər.
“Dedik ki, biz həkim deyilik müalicə yazaq. Bakıda Səhiyyə Nazirliyinin keçirdiyi imtahanda iştirak eləmişik, sertifikatımız var. Yanvarın 7-də guya bizi imtahan edəcəkdilər, heç nə də olmadı. Bizi iclasda ayağa qaldırdılar, dedilər 7 nəfər infeksion şöbəsinə, bir hissəsi də terapiya şöbəsinə göndərilir” – deyə tibb işçisi qeyd edir.
N. Məmmədovanın sözlərinə görə, təcili tibbi yardımda aldığı 800 manatlıq maaşından məhrum olub, infeksion şöbədə 350 manatlıq məvacibə məhkum edilib. Hazırda aylıq 400 manat kredit ödədiyini, həyat yoldaşının gözdən əlil olduğunu söyləyən tibb işçisi onların öz şöbələrinə qaytarılmasını istəyir. O, baş həkim İ.Sofiyevin qəbulunda olsa da, nəticəsiz qalıb. O, Ağstafa RMX-da narazılıq yaradıldığını bildirib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?