SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Siyəzənin başçısı da büdcə pullarını belə səpələyir... - İLGİNC

Siyəzənin başçısı da büdcə pullarını belə səpələyir... - İLGİNC

Tarix:

13-01-2021, 10:25

/ 1 155 dəfə oxundu.
Siyəzənin başçısı da büdcə pullarını belə səpələyir... - İLGİNC

2020-cu ildə Siyəzən rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 222 min 702 manat məbləğində 9 tender keçirilib.

DİA.AZ-ın məlumatına görə, İcra hakimiyyəti 3 tenderə 869 min 187 manat xərcləyib. Siyəzən Rayon İcra Hakimiyyətinin keçirdiyi bütün tenderlərin qalibi "EVEREST TİKİNTİ" MMC olmuşdur.

Siyəzən Suvarma Sistemləri İdarəsi 2020-ci ildə 6 tender keçirib ki, qaliblərə 353 min 515 manat ödənilib. Ən böyük tenderin qalibi "EVEREST TİKİNTİ" MMC (88 min 964 manat) olmuşdur.

DİA.AZ bildirir ki, “Everest Tikinti" MMC 11 mart 2019-cu ildə 10 manat kapitalla Beyləqan rayonu, Beyləqan Ş, Əzizbəyov, ev 28-də qeydiyyata alınıb. MMC-nin qanuni təmsilçisi Fərid Nüşrəvanlı İbrahim oğludur. Onu da bildirək ki, bu adamın adı da yetərincə qaranlıq faktlar mövcuddur ki, bu barədə yerli KİV-də bilgilər yer alıb.

Daha dolğun məqamların yer aldığı yeni yazımız olacaq. Bizi izləməkdə davam edin... İddia olunanlarl əlaqədar bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Siyəzənin başçısı da büdcə pullarını belə səpələyir... - İLGİNC

Şərhlər

XƏBƏR LENTİ