XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Tovuzun MƏMMƏDLİ GÜNLƏRİ... - GİLEY

Tovuzun MƏMMƏDLİ GÜNLƏRİ... - GİLEY

Tovuzun MƏMMƏDLİ GÜNLƏRİ... - GİLEY
28-12-2020, 16:48

- "Qardaş, Tovuz batır eee... Bizim icra başçısı ortada yoxdur. Nə vaxt gedirsən, deyirlər, Məmməd müəllim işinin başında deyil... Hardasa, nə işləsə məşğuldur... Koronavirus da bəhanədir".

Bu sözləri dia.az-a müraciətində rayon sakini Ağasəf Teyyubov yazır.

Daha sonra narazı vətəndaş yazır: "Bu gün Tovuzda gərgin vəziyyət var. Camaatımız Vətən Savaşından çıxıb. Amma bütün bunlar icra baççısının heç vecinə deyil. Nə vaxt icra başçısının qəbuluna düşməık istəyirsən, rədd cavabı alırsan. Əvvəllər pandemiay idi, buna görə bəhanə edirdi. Sonradan dedi ki, bəs başmçı şçəhidlərin dəfnində. Mətbuatdan izlədik və gördük ki, başçı bu vaxta qədər bir şəhidin yasında da iştirak etməyib. Edibsə də, yalançı olaram, amma yenə də bütün şəhidlərin yasında olmayıb. Amma bütün günü bizə verilən cavab budur ki, Məmməd müəllim yasdadır. Şəhid ailəlıri daha yaxşı bilər ki, yaslarına başçı gəlibmi... Amma mən əminılikıə deyirəm ki yox".

Narazı vətəındaş bildirir ki, icra başçısı Vətən Savaşından sonra daha da əlçatmaq olub: "Biz dərdimizi har və kimə deyək... Əgər müharibə vəziyyəti davam edirsə... Bunu başa düşərik. Amma bu gün Tovuzda aşkar şəkildə müharibə vəziyyəti hökm sürməkdədir".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.