Ağdam sakinlərinə yezid zülmü... - ŞİKAYƏT
Ağdam rayon Alıbəyli-1 və Alıbəyli-2 qəsəbələrində su problemi yaranıb.
Alıbəyli-1 və Alıbəyli-2 qəsəbə sakinlərinin verdiyi məlumata görə, artıq qəsəbələrə gün ərzində cəmi 1 saat su verilir. 1 saat ərzində gələn su isə qəsəbə sakinlərinin ehtiyacını ödəmir.
Qəsəbə sakinlərinin verdiyi məlumata görə, əvvəllər qəsəbələrdə su çənləri olsa da, sonradan o çənləri söküb təmir üçün aparıblar.
Alıbəyli-1 və Alıbəyli-2 qəsəbələrinin sakinlərinin şikayətlərinə aydınlıq gətirmək üçün Ağdam Su-Kanal İdarəsinin rəisi Vüqar Qəhrəmanovla əlaqə saxladıq. Rəis bildirdi ki, yanvar ayından adam sayına görə 1,5 manatdan pul ayrılıb. Hər kəs işlətdiyi suyun pulun verməlidir:
"Alıbəyli-2 qəsəbəsində 107 evdən cəmi 99 manat pul yığılıb, bu isə 10-15 ailənin ödəyəcəyi məbləğdir. Alıbəyli-1 qəsəbəsindən isə bu ay üçün cəmi 239 manat pul ödəyiblər. Onlar işlətdiyi suyun pulunu verməyənə qədər belə də davam edəcək. Ağdam Su-Kanal İdarəsinin enerji sərfiyyatı 33 min manatdır. İşçilərin aylıq maaş fondu isə 30 min manatdır. İşçilər 2 aydır ki, əməkhaqqı ala bilmirlər. İstifadə etdiyimiz enerjinin də pulunu ödəyə bilmirik".
Ağdam Su-Kanal İdarəsinin rəisi su pullarının yığılması ilə bağlı icra nümayəndələrinə xəbərdarlıq etdiklərini bildirdi.
"Ölkə.Az"

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək