Əkbər Hacıyev havanı gəncəlilərə pulla satır... - Təbii qaz əvəzinə...
Bir neçə gündür ki, Gəncə şəhərinin təbii qazla təminatında problemlər yaşanır.
Bu barədə şəhər sakinləri xəbər verib.
Sakinlər bildiriblər ki, bu hal dəfələrlə təkrar olunduğundan aidiyyəti qurumlara müraciət ediblər. Lakin bu günə qədər məsələnin həlli tapılmayıb: "Bütün şəhər üzrə qaz kəsilib. bunun əvəzində bizə boş hava ötürürlər. Sayğaclar isə dayanmada hesablayır. Havalar soyuq keçir. Məişət işlərimizdə qaz mühüm rol oynayır. Bununla yanaşı, ərazidə yerləşən təhsil ocaqlarının da soyuq olması şagirdlərin məktəbə davamiyyətində bir sıra problemlər yaradır. Əlaqədar orqanlara müraciət etsək də köməyimizə çatan yoxdur”, - deyə narazı sakinlərdən biri bildirib.
Əldə etdiyimiz məlumata görə, bir neçə gün öncə Gəncə Qaz İstismar İdarəsinidə yoxlamalar aparılıb və nəticədə ciddi çatışmazlıqlar aşkar edilib. Ehtimallara görə, hazırda şəhərə təbii qaz əvəzinə boş havanın buraxılması həmin çatışmazlığı ört-basdır etmək məqsədi daşıyır.
missiya.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək