SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Oğuzda 4 ədəd qumbara tapılıb - FOTO

Oğuzda 4 ədəd qumbara tapılıb - FOTO

Tarix:

26-08-2020, 11:13

/ 1 222 dəfə oxundu.
Oğuzda 4 ədəd qumbara tapılıb - FOTO

DİN-in “102” Zəng Mərkəzi Xidmətinə Oğuz rayonu Bucaq kəndi ərazisində 2 ədəd şübhəli bağlamanın olması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə gəlib, bağlamalarda 4 ədəd qumbara və partladıcı olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən ərazi dərhal mühafizəyə alınıb və ANAMA-nın əməkdaşları dəvət edilib. Agentliyin mütəxəssisləri əraziyə baxış keçirib və oradan 4 ədəd F-1 əl qumbarası və 1ədəd qumbara partladıcısı aşkarlanıb, zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Oğuzda 4 ədəd qumbara tapılıb - FOTO


Şərhlər

XƏBƏR LENTİ