SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Albina Muradxanovanın saxta sənədləri ifşa olundu - Samur bələdiyyəsinin sədri

Albina Muradxanovanın saxta sənədləri ifşa olundu - Samur bələdiyyəsinin sədri

Tarix:

21-04-2017, 16:45

/ 84 081 dəfə oxundu.
Albina Muradxanovanın saxta sənədləri ifşa olundu - Samur bələdiyyəsinin sədri

Bələdiyyə üzvləri tərəfindən sədrlikdən uzaqlaşdırılan Qusar rayon Samur bələdiyyə sədri Albina Muradxanovanın saxta sənədləri ifşa olunub. Qusar rayon Samur qəsəbəsinin bir qrup sakinləri tərəfindən Bələdiyyə sədrinin özbaşınalıqları və imzaladığı saxta sənədlər barədə şikayət ünvanlanıb. Bələdiyyə sədri Albina Muradxanova 11 mart 20016-cı ildə 9 nəfər bələdiyyə üzvünün iştirakı ilə keçirilən iclasda 8 nəfər lehinə bir nəfər əleyhinə olmaqla böyük səs çoxluğu ilə sədrlikdən uzaqlaşdırılmışdır.
İclasın yekun qərarına əsasən sədrlik Pənahov Xanlar Məhiyyəddin oğluna həvalə edilsə də, Albina Muradxanova möhürü verməmiş və Pənahov Xanlar Məhiyyəddin oğlunu iş otağına buraxmamışdır. Bu hadisə böyük bir qalmaqala səbəb olsa belə, yekunda Albina Muradxanova sədr kimi qanunsuz olaraq fəaliyyətini davam etdirməkdədir. Bildirilir ki, icarədən və digər vergi yığmalardan bələdiyyənin büdcəsinə daxil olan pullar başqa istiqamətlərə yönəldilməklə təyinatı üzrə xərclənmir. Torpaqlar şəxsi mülkiyyətdə olduğu halda bir sənəd birneçə nəfərin adına sənədləşdirilərək icrayə verilmişdir. Verilən məlumata görə, Samur qəsəbəsinin küçələrini zibil basıb. Belə hallar yüzlərlədir.
Bu hərəkətlər Qusar rayonu Samur qəsəbə sakinlərinin hiddət və narazılığına səbəb olmuşdur. Sakinləri kütləvi halda dövlətə qarşı narazı salan bələdiyyə sədrinin hansısa gizli məqsədlərə xidmət etdiyi verilən məlumatlar sırasındadır(bu barədə sonra). Qusarda kütləvi narazılığı səbəb olan bələdiyyə sədrinin əməllərinə hüquqi qiymət verilməsini ölkə rəhbərliyindən xahiş edən qəsəbə sakinləri bu bəladan tezliklə qurtulacaqlarına ümid edirlər.
Bələdiyyə büdcəsinə daxilolmalar nəticəsində toplanmış 40-45 min manatın taleyi hələ də mümmalı olaraq qalır. Həmçinin böyük “İpək” yolunun çəkilişi zamanı vətəndaşlara ödənilmiş kompensassiyaların verilməsində qanun pozuntusuna yol verildiyi bildirilir. Elə bu əməliyatda bələdiyyə büdcəsinə daxil olan 30 min manatın hara xərclənməsi məlum deyil. Bələdiyyədə xadimə kimi çalışan işçinin məvacibi 9 aydır verilmir.
Xadimənin məvacib tələbi ona baha başa gəlib. İşi ilə vidalaşdırılıb. Şikayətçi Nadirquliyev Mövlan Batman oğlunun şikayəti isə redaksiya olaraq tərəfimizdən araşdırılır. Albina Muradxanovanın tez-tez başçının və Bələdiyyələrlə iş mərkəzinin rəhbəri Cavanşir müllimin və adlarını hələ ki, çəkmədiyimiz insanların adını hallandırması barədə şok məlumatlar və səs yazısı var.

Bizi izləyin
BAkuNews

Şərhlər

XƏBƏR LENTİ