XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Xocavənd sakinlərinə yezid zülmü: Əhmədzadə susur – VİDEO

Xocavənd sakinlərinə yezid zülmü: Əhmədzadə susur – VİDEO

Xocavənd sakinlərinə yezid zülmü: Əhmədzadə susur – VİDEO
6-07-2020, 09:50

Uzun müddətdirki,Haramı düzündə məskunlaşmış Xocavənd rayonundan olan məcburi köçkünlər, Fizuli rayon Yuxarı Mil Muğan Hidro qovşağın rəhbərliyi tərəfindən suvarma suyu ilə imtahana çəkilir. Bu barədə cumhuriyyet.az-ı məlumatlandıran şikayətçilərin sözlərinə görə dəfəlrlə lazımi ünvanlara müraciət edildiyi halda, hələ də Xocavənd sakinlərinə qarşı olan bu ögeyliyin səbəbləri bilinmir: “Ətrafımızdan keçən Yuxarı Qarabağ,Aşağı Mil kanalları daim dolu vəziyyətdə olduğu halda, Yuxarı Mil kanalı Yalnız Xocavənd ərazisinə qədər su ilə dolu olur. Bu da əhalinin suvarma suyuna olan ehtiyacını ödəyə bilmir.Əhalini haqlı olaraq bir məsələ düşündürür”.
Mənbəyini Horadiz qəsəbəsi yaxınlığından götürən Yuxarı Mil kanalının üstündə quraşdırılan, böyük həcmli su matorları məmurlara, oliqarx nazirlərə mənsubdur. Səhər tezdən işə salınan matorlar axşam söndürülənə kimi Xocavəndə bir damcı da suyun gəlməsinə imkan vüermir. Yalnız axşam motorlar söndürüldükdən sonra artıq qalan su, səhər saatlarında Xocavənd ərazisinə çatır. Səhər isə yenidən işə salınan matorlar suyun qurumasına səbəb olur. Belə olan halda,əhalini bir sual düşündürür. Bəs Xocavənd rayonunda olan əhaliyə ayrılmış su fondu necə olub? Bu ayrılmış fonddan kimlər istifadə edir? İstifadə edilmədiyi halda yığılan su pulları nə üçündür? Suyun gətirilməsi üçün tələb olunan rüşvət kimlərə çatmalıdır? Əjdaha kimi kanalın qabağını kəsən məmur oliqarxlar kimlərdir? İran su vermir, Arazda su yoxdur bəhanələri ilə əhalini aldadaraq,əhalini dövlətə qarşı qaldırmaq hansı məmurlara, nazirlərə sərf edir. Yəqinki, komitə sədri olan Əhmədzadənin belə marağı olmaz. Xocavənddə suyun olmamasının bir səbəbi də yəqin ki, yerli idarə müdüdiyyətinin ya acizliyi,ya da tələb olunan rüşvəti verə bilməməsidir”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.