SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İmişlinin yeni başçısı kadr islahatlarına başladı

İmişlinin yeni başçısı kadr islahatlarına başladı

Tarix:

24-06-2020, 16:28

/ 1 098 dəfə oxundu.
İmişlinin yeni başçısı kadr islahatlarına başladı

İmişli Rayon İcra Hakimiyyətinin (RİH) sektor müdiri işdən çıxarılıb.

Bununla bağlı İmişli RİH-in yeni başçısı Elçin Rzayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, RİH-in İnformasiya təminatı və təhlili sektorunun müdiri Ziya Paşayev vəzifəsindən azad olunub.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları mayın 5-də İmişli RİH-in binasında əməliyyat keçirib. Prezident İlham Əliyev mayın 6-da Vilyam Hacıyevi İmişli RİH-in başçısı vəzifəsindən azad edib. Daha sonra V.Hacıyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Dövlət başçısının mayın 21-də imzaladığı sərəncamla Elçin Adil oğlu Rzayev İmişli RİH-in başçısı təyin edilib. E.Rzayev daha əvvəl Yasamal RİH başçısının birinci müavini vəzifəsində işləyib.

Şərhlər

XƏBƏR LENTİ