SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Şikayətim “OBA market”in saxta qəbzlərindəndir” - GİLEY

"Şikayətim “OBA market”in saxta qəbzlərindəndir” - GİLEY

Tarix:

24-05-2020, 17:10

/ 2 727 dəfə oxundu.
"Şikayətim “OBA market”in saxta qəbzlərindəndir” - GİLEY

Aslan Mirzəyev adlı istifadəçi "Müştəriyəm Şikayətim Var” qrupuna şikayət ünvanlayıb.

Sfera.az "OBA market”dən gileyli olan istifadəçinin şikayətini təqdim edir: "Salam. Şikayətim "OBA market”in saxta qəbzlərindəndir. Məlumdur ki, "ƏDV geri al” saytında kassa çeki üzərindəki Fiscal ID-ni elektron kabineti vasitəsilə sistemə daxil etməklə dükanda alış-veriş edərkən xərclədiyimiz pulun bir hissəsini geri ala bilərik, amma "OBA”-nın qəbzlərində nə QR kod oxunur, nə də Fiscal ID-ni qeydiyyata salmaq mümkündür.

Artıq 20-dən çox qəbzlə bağlı etyni problemi yaşayırıq, 5 manatdan çox pulu çölə atmışıq.

Yazdıqlarım kiməsə gülməli gəlirsə, qəpik dalınca düşdüyümü düşünürsə, durumuma şərh yazmasın.”

P.S. Şikayətçinin durumuna 59 bəyənmə ilə reaksiya verən qrup üzvləri şərhlərdə qarşılaşdıqları buna bənzər hallar barədə yazıb, eləcə də istifadəçiyə məsləhətlər veriblər.

Şərhlər

XƏBƏR LENTİ